Azərbaycanda restoranları ən çox gəlir götürən – 10 ŞƏHƏR/RAYON
Azərbaycanda şəhər və rayonların iaşə dövriyyəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında ölkə üzrə restoran və bu kimi digər obyektlərin dövriyyəsi 1 milyard 990 milyon manata çatıb.
Amma bəzi şəhər və rayonlarda restoranların dövriyyəsi daha böyükdür.
Qeyd edək ki, ənənəvi olaraq ölkədə restoran dövriyyəsinin ən byöük olduğu şəhərlər Bakı, Sumqayıt və Gəncədir. Belə ki, ilk 9 ayda Bakıda restoran dövriyyəsi 1 milyard 388 milyon manat, Sumqayıtda 52,8 milyon manat, Gəncədə isə 41,6 milyon manat təşkil edib.
FED.az ölkənin regionlarında real mənzərəni çatdırmaq məqsədilə Bakı, Sumqayıt və Gəncə şəhərlərini çıxmaqla dövriyyənin ən böyük olduğu 10 şəhər və rayonu təqdim edir.
Siyahıya restoran dövriyyəsinin ən çox olduğu Qəbələ rayonu başçılıq edir. Son bir ildə burada restoranların dövriyyəsi daha 3 milyon manat artıb.
Sonrakı yerləri Lənkəran, Xaçmaz və Bərdə rayonları tutur, ilk 10-luğu Yevlax və Şərmin tamamlayır.
Rayonlar
2025-ci ilin yanvar-sentyabr ayları, min manat
1
Qəbələ rayonu
25 milyon 754 min manat
2
Lənkəran rayonu
24 milyon 668 min manat
3
Xaçmaz rayonu
21 milyon 853 min manat
4
Bərdə rayonu
21 milyon 690 min manat
5
Göyçay rayonu
18 milyon 282 min manat
6
Quba rayonu
18 milyon 186 min manat
7
Abşeron rayonu
17 milyon 800 min manat
8
Ağcabədi rayonu
15 milyon 493 min manat
9
Yevlax rayonu
14 milyon 760 min manat
10
Şirvan şəhəri
14 milyon 007 min manat

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?