Afrikada ilk Azərbaycan biznes forumu keçirilib, 3 anlaşma memorandumu imzalanıb - FOTOLAR

Afrikada ilk Azərbaycan biznes forumu keçirilib, 3 anlaşma memorandumu imzalanıb - FOTOLAR25 noyabr 2025-ci il tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbədə tarixi biznes hadisəsi baş verib: Afrika qitəsində ilk dəfə olaraq Azərbaycan iş adamlarının iştirakı və ilə birinci Azərbaycan-Efiopiya Biznes Forumu keçirilib. 100-dən çox iştirakçının qatıldığı forum Afrika - Azərbaycan Ticarət Əlaqələri Təşkilatı (Africa–Azerbaijan Cooperation (AFAZ)) təşkilatçılığı və Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyinin dəstəyi ilə reallaşıb.
FED.az xəbər verir ki, tədbir yalnız bir görüş deyildi — bu, Azərbaycan və Efiopiya arasında iqtisadi əməkdaşlığın yeni səhifəsinin açılması, uzunmüddətli ticarət və investisiya körpülərinin inşası istiqamətində atılan mühüm addım idi.
Forum Azərbaycan biznesinin Afrika bazarına inteqrasiyası üçün real imkanlar yaradıb, həmçinin iki ölkənin sahibkarları arasında birbaşa dialoqa start verilib.
Forumda müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri iştirak edib:
Friends Café
Ekzobutik -Ekzotik meyvələr
Baku Rifah Residence
AZARSERVICE
H2A Trading and Advisory
166 Global – Logistics and Transport
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMIA)
Herbaflora
Ismixanlı Fruits
Şirkətlər qida və kənd təsərrüfatı, tikinti, logistika, ticarət, ixrac-idxal, sənaye materialları və digər sahələr üzrə təmsil olunublar. Bu isə forumun çoxşaxəli — həm kənd təsərrüfatı, həm sənaye, həm logistika, həm ticarət sahələrinə toxunan — formatda keçirildiyini göstərir.
Forumun açılış mərasimində aşağıdakı şəxslər çıxış edib:
Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Ruslan Nasibov
Efiopiya Xarici İşlər Nazirliyi — Biznes Diplomatiyası üzrə Baş direktor səfir Yohannes Fanta
Efiopiya Ticarət və Sahəvi Assosiasiyalar Palatasının Vitse-prezidenti Sebsib Abafira Abajobir
Əddis-Əbəbə Ticarət və Sahəvi Assosiasiyalar Palatasının Baş katibi Meseret Molla Kassahun
Sonra AFAZ-ın təsisçisi  Rəna Qəfərova forumun məqsədləri, Afrika-Azərbaycan əməkdaşlığının perspektivləri və konkret investisiya / ticarət imkanları barədə geniş təqdimatla çıxış edib.
Forum çərçivəsində:
Efiopiya İnvestisiya Komissiyası (EIC) ölkənin investisiya mühiti, imkanları və investisiya sahələri barədə geniş təqdimat edib.
Yerli sahibkarları təmsil edən Efiopiya Qadın Ticarət Assosiasiyası forumda iştirak edərək, qadın sahibkarlığı və investisiya imkanları mövzusunda çıxış edib.
Azərbaycan və Efiopiya tərəfləri arasında özəl sektora aid 3 anlaşma memorandumuna (MoU) imzalanıb.
Forum çərçivəsində həm B2G (Business-to-Government), həm B2B (Business-to-Business) danışıqlar aparıldı — bu, konkret layihələr və investisiya planları üzərində dialoqun başlanğıcı olub.
Görüşlər zamanı kənd təsərrüfatı, logistika, tikinti materialları, ixracat–idxalat, ticarət, sənaye parkları, qida və emal sektorları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Birinci Azərbaycan-Efiopiya Biznes Forumu Afrika qitəsində Azərbaycan biznesinin ilk geniş əlaqələr yaratmaq tədbiri olmaqla yanaşı, iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi üçün möhkəm zəmin yaradıb. Forum göstərib ki, Azərbaycan şirkətləri Afrika bazarında rəqabətədavamlıdır və əməkdaşlıq üçün real imkanlara malikdir. Bu təşəbbüs gələcəkdə bir sıra investisiya layihələrinin, ixrac-idxal əməliyyatlarının, yeni əməkdaşlıq formatlarının yaranmasına təkan verəcək.
Forumun uğuru və iştirakçıların sayı — həm dövlət, həm özəl sektor, həm diplomatik korpus, həm sahibkarlar — bu təşəbbüsün strateji əhəmiyyətini bir daha sübut edib.
Forum 23–28 noyabr tarixlərində Efiopiyaya təşkil olunan Azərbaycan biznes missiyasının tərkib hissəsi olaraq keçirilib. Biznes missiyanın proqramına aşağıdakılar daxil idi:
MESOB Service mərkəzinə ziyarət – Azərbaycandakı ASAN Xidmət modelinin Efiopiyada tətbiqi ilə tanışlıq;
Azad iqtisadi zonalara və sənaye parklarına səfərlər – yerli istehsal prosesləri, ixrac və emal müəssisələrinin fəaliyyəti ilə yerində tanışlıq;
Ticarət palataları və dövlət qurumları ilə əməkdaşlıq görüşləri – yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya imkanlarının müzakirəsi.

Biznes     Tarix: 27 noyabr 2025

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm


iqtisadi xeberler bitkoin qiymeti dollar manat kursu 1000 manatla biznes bank faizleri