"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub.
FED.az xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib.
"Ethereum" sutka ərzində 1,58% ucuzlaşaraq 2 464,41 dollara, BNB 2,87% azalaraq 695,99 dollara düşüb. Daha kəskin ucuzlaşma "Zcash"da qeydə alınıb. Kriptovalyutanın qiyməti 8,49% azalaraq 784,54 dollara enib. "Bitcoin Cash" 3,83%, "Bittensor" isə 3,20% ucuzlaşıb. "Monero" isə 0,37% bahalaşaraq 442,81 dollara çatıb.
Qızıl əsaslı kriptovalyutalarda cüzi bahalaşma qeydə alınıb. "PAX Gold" (PAXG) son sutkada 0,24% bahalaşaraq 4 640,88 dollara, "Tether Gold" (XAUT) isə 0,27% artaraq 4 632,46 dollara yüksəlib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 2,19% azalaraq 2,65 trilyon dollara enib.
Qeyd edək ki, "Bitcoin" ötən gün üç aydan çox müddətdə ilk dəfə 80 min dollar həddini keçərək 81 237,94 dollara qədər bahalaşmışdı. Sonrakı ucuzlaşma sürətli yüksəlişdən sonra mənfəətin realizasiyası və bazarda yeni müsbət katalizatorların olmaması ilə əlaqələndirilir. Analitiklər 80–82 min dollar aralığını "Bitcoin" üçün mühüm müqavimət zonası kimi qiymətləndirirlər.

"TikTok"la "Instagram"a girişdə problem yarandı
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Green Card nədir və onu necə əldə etmək olar?
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
SMM nə deməkdir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət