"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib.
FED.az xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyuta cəmi bir neçə ticarət günündə isə 60 min dollar səviyyəsindən 79 min dolları ötüb. Hazırda qiymət 77 min 215 dollar ətrafındadır.
Ekspertlərin fikrincə, "Bitcoin"in qiyməti Birləşmiş Ştatlar Prezidenti Donald Trampın kriptovalyutalarla bağlı son açıqlamaları və ABŞ Maliyyə Nazirliyinin uzunmüddətli istiqraz gerialma əməliyyatlarının həcmini artırmaq qərarı fonunda yüksəlişini sürətləndirib.
Belə ki, bazarın diqqəti ABŞ-dən gələn mesajlara yönəlib. ABŞ-də yeni qanun layihəsi kriptovalyutaların qiymətli kağızlar və ya əmtəə kimi təsnif edilib-edilmədiyini və hansı tənzimləyici orqanın səlahiyyətli olacağını aydınlaşdırmağı hədəfləyir. Prezident Tramp ABŞ-nin rəqəmsal aktivlər sahəsində Çin və digər ölkələrdən öndə qalmalı olduğunu bildirib. O, həmçinin kriptovalyuta bazarına daha güclü dövlət dəstəyinin olduğunu deyərək ABŞ hökumətinin əhəmiyyətli miqdarda "Bitcoin" almağı düşündüyünü açıqlayıb.
Bu açıqlamalar investorlar tərəfindən "Bitcoin"ə uzunmüddətli tələbatı artıra biləcək bir inkişaf kimi dəyərləndirilib.

Kriptovalyuta     Tarix: 22 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb - YENİ QİYMƏTLƏR

Kapitallaşmaya görə iki ən böyük kriptovalyutanın – "Bitcoin" və "Ethereum"un dəyəri müvafiq olaraq 6% və 9%-dən çox azalıb. xəbər verir ki, bunu "Binance" kriptovalyuta birjasının məlumatlar

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "Binance" şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

"Bitcoin"də həftəlik eniş 13%-ə çatdı

Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra zəif bərpa müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik qiymət itkisi yüksək olaraq qalır. xəbər verir ki, "CoinMarketCap"


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne birbank dollar məzənnəsi