"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.
FED.az xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14% bahalaşıb.
"Ethereum" sutka ərzində 4,37% bahalaşaraq 2 351,07 dollar, BNB isə 5,94% artaraq 661,86 dollar olub.
Ümumi kriptovalyuta bazarının kapitallaşması 6,48% artaraq 2,51 trilyon dollara çatıb.
Analitiklərə görə, bazardakı kəskin yüksəlişə ABŞ-də kriptovalyutalar üçün daha əlverişli tənzimləmə gözləntiləri, o cümlədən Prezident Donald Trampın "CLARITY Act" qanun layihəsinin qəbuluna çağırışı və BTC-nin ucuzlaşmasına hesablanmış mövqelərin kütləvi bağlanması təkan verib.
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu
Bitkoin bahalaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib