Banklar hüquqi şəxslərin tələbli depozitlərində azalma olacağını gözləyirlər

Banklar hüquqi şəxslərin tələbli depozitlərində azalma olacağını gözləyirlərMərkəzi Bank "Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri - III rüb 2026" hesabatını dərc edib.
Marja.az hesabata istinadən xəbər verir ki, sorğu nəticələrinə əsasən, 2026-cı ilin III rübündə bankların maliyyələşmə strukturunda fiziki şəxslərin müddətli depozitlərinin və hüquqi şəxslərin depozitlərinin payı artmışdır.
Bankların cavablarına əsasən, banklararası bazar vasitəsilə maliyyələşmədə isə azalma müşahidə olunmuşdur. Banklar proqnozlaşdırırlar ki, növbəti rübdə maliyyələşmə strukturunda əsas artım daha dayanıqlı maliyyələşmə mənbəyi hesab olunan FŞ-lərin müddətli depozitləri hesabına baş verəcək. Bununla yanaşı, banklar hüquqi şəxslərin tələbli depozitlərində azalma, lakin banklararası bazar vasitəsilə cəlb olunan vəsaitlərdə artım olacağını gözləyirlər.
Bankların sorğudakı cavablarına əsasən, 2026-cı ilin III rübündə bankların maliyyələşmə dəyərinə təsir edən əsas faktorlar faiz dərəcəsi, requlyativ çərçivədə dəyişikliklər, həmçinin likvidlik mövqeyi və banklararası rəqabət olmuşdur. Lakin ilin əvvəlindən qeyd olunan faktorların təsir miqyasının daralması bankların requlyativ çərçivədə likvidlik tələblərinə uyğunlaşması, həmçinin likvidlik mövqelərinin daha da güclənməsi və faktiki depozit faizlərinin əmanətçilər üçün cəlbedici olması kimi amillərlə izah edilə bilər.

Banklar     Tarix: 29 noyabr 2026

Oxşar xəbərlər

49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermeri

112 yaşlı bank bağlandı

ABŞ-nin İndiana ştatında 1914-cü ildə təsis edilmiş "United Fidelity Bank" (UFB) bankı müflis olması səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə "Bloomberg" məlumat yayıb. Bu, son iki ildə ABŞ-də ban

"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib

"Premium Bank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. xəbər verir ki, Şahin Nizaməddin oğlu Rzayev bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da bankın İdarə Heyətinin tərkib

Yeni fərmanla Mərkəzi Bank hansı səlahiyyəti əldə edir?

Azərbaycanda malların ixracı üzrə hesablaşmaların aparılması və ixrac gəlirlərinin ölkəyə köçürülməsinə nəzarət qaydaları dəyişir. Xarici ölkələrə mal ixracı üzrə hesablaşmalar "Valyuta tənzimi haqqında" qanun

"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq

Universitetə yüksək balla qəbul olmaq böyük uğurdur. Bu uğurun arxasında bəzən çətin sosial şəraitdə göstərilən zəhmət, əzmkarlıq və böyük bir gələcək arzusu dayanır. İndi həmin zəhmətin dəstəklənməsi üçün daha bir fürsə

"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək

"PAŞA Həyat Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. şirkətin elanına istinadən xəbər verir ki, yığıncaq 28 dekabr 2026-cı il tarixində, saat 10:00-da "PAŞA Həyat Sığorta"

Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub

"Unibank" KB ASC 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunun (IBF 2026) tərəfdaşı olub. "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusunda keçirilən foru

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb

2026-cı ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artara

"Bank of Baku"nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib

"Bank of Baku" ASC-nin İdarə Heyətinin sədrinin növbəti müddətə yenidən təyin olunması və Bankın Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri səhmdarların müzakirəsinə çıxarılıb


iqtisadi xeberler depozit faizleri investisiya kripto birbank