"PAŞA Bank" "Euromoney" beynəlxalq nəşri tərəfindən "Azərbaycanın ən yaxşı bankı 2025" mükafatına layiq görülüb

®Ölkənin aparıcı korporativ bankı "PAŞA Bank" nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxşı bankı 2025" nominasiyasında qalib elan olunub. Mükafat 17 iyul 2025-ci il tarixində Londonda keçirilən ənənəvi "Awards for Excellence – 2025" mükafatlarının təqdimatı zamanı "PAŞA Bank"ı təmsil edən nümayəndə heyətinin rəhbəri, İdarə Heyətinin sədri Cavid Quliyevə və rəhbər heyətə təqdim olunub.
"Euromoney" mütəxəssisəri bankları hər nominasiya üzrə meyarlara uyğun xüsusi qiymətləndirmə sistemləri və metodlardan istifadə etməklə dəyərləndirir. Əsas parametrlər arasında bazar payının artımı və maliyyə göstəricilərinin yaxşılaşdırılması, məhsul, xidmət, rəqəmsal həllər və texnologiyalarda innovasiyaların tətbiqi yer alır. Qiymətləndirmə sistemi iştirakçıların uğurlu strategiyalar, texnologiya yenilikləri və fərqli biznes təşəbbüslərlə bazara təsirini açıq göstərir.
2025-ci ildə "PAŞA Bank" HSBC, Morgan Stanley, Santander, Societe Generale kimi bir sıra nüfuzlu banklarla yanaşı bu mükafatla təltif olunub.
Cavid Quliyev mükafatı rəhbərlik etdiyi qurumun göstərdiyi dayanıqlı və yüksək səviyyəli xidmətinin beynəlxalq səviyyədə təkrar təsdiqi kimi qiymətləndirib.
"PAŞA Bank real sektor biznesləri ilə vaxtında və sıx dialoqa girərək, onların qarşılaşdıqları çətinlikləri aşkar edib həll yolları təklif edir. Bu proaktiv yanaşma sahibkarların bazardakı mövqeyini qoruyub möhkəmləndirməsinə kömək edir, Bankın kredit portfelinin keyfiyyətini yüksəldir və ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verir. Müştəri yönümlü yanaşmamızı daha da gücləndirərək, gələcək illərdə innovativ və etibarlı bank təcrübəsi yaratmağa davam etməyi hədəfləyirik. Bankın hər bir əməkdaşına göstərdikləri davamlı və keyfiyyətli işə görə təşəkkür edir, bu prestijli mükafatın əldə olunmasında onların böyük payı olduğunu qeyd etmək istəyirəm", – deyə Cavid Quliyev vurğulayıb.
Qeyd edək ki, son illərdə mühüm uğurlar əldə edən "PAŞA Bank", müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir. 2025-ci ilin "CustomerFirst" ili elan olunması bu istiqamətin strateji şəkildə davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu göstərir. Rəqəmsal imkanlarla təqdim olunan çevik və etibarlı maliyyə həlləri isə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına və rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.
Belə ki, real sektorda bizneslərin inkişaf hədəfini rəhbər tutan "PAŞA Bank", 2025-ci ilin 6 ayının nəticələrinə görə, 3.280 mlrd AZN kredit portfelinin 85%-ə qədərini qeyri-neft sektoruna aid edib. Qeyri-neft sektoru daxilində ayrılan məbləğin 30 %-ə qədəri ticarət, 15 %-i tikinti, 11%-i nəqliyyat,  8%-i kənd təsərrüfatı,  38%-i isə sənaye, İKT, digər qeyri istehsal və xidmət sektorunu əhatə edir. / banker.az

Banklar     Tarix: 18 iyul 2025

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler dollar manat kursu birbank bitcoin qiymeti valyuta mezennesi