ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…

ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…ABŞ-ın iri bankı Morgan Stanley 2026-cı il üçün qlobal iqtisadi və maliyyə perspektivində ABŞ səhm bazarının digər böyük bazarlara nisbətən daha yaxşı performans göstərəcəyini bildirir. Banka görə, qızıl qiymətləri 2026-cı ildə 4500 ABŞ dollarına çatacaq.
Marja xəbər verir ki, Bankın hesabatında vurğulanır ki, "Riskli aktivlər üçün güclü 2026-cı il gəlir. Mikro dinamika, sürətlənən süni intellekt investisiyaları və dəstəkləyici pul siyasəti birləşdikdə olan zaman vəziyyət müsbət olur."
ABŞ bazarları: S&P 500 hədəfi 7800
Morgan Stanley S&P 500 indeksinin 2026-cı ilin sonunda 7800 bənd səviyyəsinə çatacağını proqnozlaşdırır ki, bu mövcud səviyyələrə nisbətən təxminən 16% artım potensialı deməkdir.
Banka əlavə edir:
Dollar indeksi 2026-cı ilin ilk yarısında 94-ə düşəcək, ilin sonunda isə 99-a qayıdacaq.
Avropa: ABŞ təsiri ilə bərpa
Hesabatda qeyd olunur ki, Avropa bazarları ABŞ-dakı bərpa ilə sürət qazanacaq. Morgan Stanley MSCI Europe indeksinin ilin sonu hədəfini 2250-dən 2430-a yüksəldib. Avropa bazarları bu il təxminən 12,5% dəyər qazanıb; bunda Almaniyanın maliyyə stimullaşdırma planları, güclü mənfəət gözləntiləri və azalan inflyasiyanın rolu böyük olub.
Əmtələr: Qızıl bahalaşacaq, neftin qiyməti sabit qalacaq.
Morgan Stanley-nin əmtəə proqnozları
Qızıl: 2026-cı ildə 4500 ABŞ dolları/unsiya,
Mis: 10,600 ABŞ dolları/ton,
Brent nefti: təklif-tələb balansına görə təxminən 60 ABŞ dolları civarında.
Bankın fikrincə, qlobal iqtisadiyyatda "mülayim böyümə və dezinflasiya" gözlənilir, lakin "qeyri-müəyyənlik yüksəkdir və mümkün nəticələr geniş diapazonda ola bilər." / marja.az

Maliyyə     Tarix: 22 noyabr 2025

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun