Trampın kriptovalyutası bir gecədə - 2 DƏFƏ UCUZLAŞDI

Trampın kriptovalyutası bir gecədə - 2 DƏFƏ UCUZLAŞDITramp ailəsinin dəstəklədiyi "World Liberty Financial" şirkətinin kriptovalyuta tokeni bir gecədə dəyərinin təxminən 50 faizini itirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu hadisə siyasi bağlılığı olan kriptoaktivlərdəki yüksək volatilliyi (qiymət dəyişkənliyini) bir daha ön plana çıxarıb.
2025-ci ilin sentyabrında ticarətə buraxıldığı vaxtdan bəri dəyərinin 90 faizdən çoxunu itirən tokenin qiyməti ötən gün təxminən 0,018 ABŞ dolları (0,023 Sinqapur dolları) səviyyəsində olub. Bir gün əvvəl isə bu göstərici 0,039 ABŞ dolları təşkil edirdi.
Noyabrın 27-si gecədən noyabrın 28-i səhərədək davam edən kütləvi satış dalğası Trampın adı ilə bağlı olan kriptoaktivlər üçün bir gün ərzində qeydə alınan ən kəskin enişlərdən biridir və ailənin rəqəmsal aktivlər sahəsində artan fəaliyyətinə diqqətin gücləndiyi bir dövrə təsadüf edir. Tokenin ucuzlaşması kriptoaktivlərdəki riskləri açıq şəkildə göstərir. Belə ki, bu bazarda birjaların atdığı addımlar, tokenlərin dövriyyəyə buraxılması (kilidlərin açılması) və bazar likvidliyindəki dəyişikliklər kəskin qiymət dalğalanmalarına səbəb ola bilir.
ABŞ Prezidenti Donald Tramp və ailəsi tərəfindən dəstəklənən mərkəzləşdirilməmiş maliyyə (DeFi) layihəsi olan "World Liberty" sosial şəbəkədə bildirib ki, "Binance" birjası bu tokenə bağlı açıq müddətsiz fyuçers müqavilələrini avtomatik şəkildə hesablayaraq bağlayıb.

Kriptovalyuta     Tarix: 29 noyabr 2026

Oxşar xəbərlər

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib

AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış "WebTrust for Certification Authorities" (WebTrust for CA) auditini uğurla başa vurub. xəbər verir ki, müstəqil qiymətləndirmə şirkəti

"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Bitkoin sahibinin yerini bilmək olurmuş – BOŞLUQ TAPILDI

Bitcoində 35 sentdən az dəyərində kiçik köçürmə etdikdə kripto cüzdanı ilə əlaqəli kompüterin IP ünvanını aşkarlamaq və istifadəçisinin yerini dəqiq müəyyən etmək mümkündür. . xəbər verir ki, bu barədə "Investing"

"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 2,13% artaraq 85 369,3

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne


iqtisadi xeberler kicik biznes bank faizleri biznes krediti telefonla pul qazanmaq