Kapital Bank-ın sponsorluğu ilə "InMerge Innovation Summit" keçiriləcək

Kapital Bank-ın sponsorluğu ilə ®Ölkənin birinci bankı Kapital Bank–ın sponsorluğu ilə innovasiya dünyasında dinamika yaradan "InMerge Innovation Summit" baş tutacaq. Artıq 3-cü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, güclü əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir. 
Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri "Trendyol Group"un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, "Shazam"ın təsisçisi Kris Barton kimi bir çox beynəlxalq ekspertlər iştirak edəcəklər. "InMerge Innovation Summit"in qonaqlarından biri də "Apple" şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov,   Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşəcəklər. 
Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.
30 noyabr-1dekabr tarixlərində, Bakı Konqres Mərkəzində baş tutacaq tədbir haqqında ətraflı məlumat almaq və bilet əldə etmək üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 14 sentyabr 2023

Oxşar xəbərlər

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd


iqtisadi xeberler biznes krediti 1000 manatla biznes biznes xeberleri avtomobil xeberleri