Mərkəzi Bank qorunan əmanətlərin faiz dərəcəsində hər hansı dəyişiklik gözləmir

Mərkəzi Bank qorunan əmanətlərin faiz dərəcəsində hər hansı dəyişiklik gözləmirAzərbaycanda qorunan əmanətlərin illik faiz dərəcəsi üzrə hər hansı bir dəyişiklik gözlənilirmir.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Qeyd edilib ki, banklarda manat və xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi periodik olaraq nəzərdən keçirilir. Hər hansı dəyişiklik olarsa ictimaiyyətə bununla bağlı məlumat veriləcək.
Qeyd edək ki, son dövrlər yerli banklar həm manat, həm də valyutada yüksək faizlə əmanət cəlb edirlər. Manatla depozit faizləri 12%-ə, xarici valyutada isə 4-5%-ə qədər yüksəlib. Hazırda ölkədə qorunan əmanətlər üzrə faiz dərəcələri 12%, xarici valyutada isə 2,5% təşkil edir. Fiziki şəxslərin əmanətləri isə 100 min manata kimi qorunur.
Yerli banklar isə hesab edir ki, hazırda bankların ödəmə qabiliyyəti yüksək olduğu üçün əmanətlərin sığorta mexanizmində dəyişikliyə ehtiyac yaranıb. Bu həm də likvidliyin təmin olunmasın baxımından əhəmiyyətli addım ola bilər. / banker.az

Banklar     Tarix: 03 fevral 2025

Oxşar xəbərlər

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında


iqtisadi xeberler emlak xeberleri dollar məzənnəsi pul qazanmaq kripto