Milli Depozit Mərkəzi hesablaşma agenti kimi fəaliyyət göstərmək istəyir
Milli Depozit Mərkəzi (MDM) yeni bank modulu tətbiq etməyi və hesablaşma agenti kimi fəaliyyət göstərməyi planlaşdırır.
Bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev Bakıda keçirilən "Depozitarın ekosistemdə rolu" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, MDM-in "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulan 6 hədəfdən 2-si ötən il icra edib: "Bunlar konsultasiya və elektron səsvermə (E-vote) xidmətləridir. MDM həmçinin hesablaşma agenti funksiyasını tətbiq etməyi planlaşdırır. Hazırda kapital bazarında banklar hesablaşma agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən yeni bank modulunun tətbiq edilməsi və hesablaşma agenti funksiyasını MDM-in icra etməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu yeni bank modulunda əks olunacaq", – deyə o qeyd edib. / banker.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
IBAN nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Fond birjası nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?