Muğanbankdan yeni biznes krediti
®Muğanbank kiçik və orta biznesə dəstək məqsədilə müştərilərə yeni biznes kredit növlərini təklif edir. Belə ki, sahibkarlara maliyyə resurslarına daha səmərəli və sürətli çıxışını təmin edərək Muğanbank "İnvoysların Maliyyələşdirilməsi" və "Sifarişlərin Maliyyələşdirilməsi" biznes kredit növlərini təqdim edir.
"İnvoysların Maliyyələşdirilməsi" kredit növü ilə kiçik və orta biznes sahibkarlıq fəaliyyəti ilə məşğul olan, rəsmi müqavilələr üzrə mal və xidmətlər satan fiziki və hüquqi şəxslər, elan edilmiş invoys və hesab-faktura əsasında debitor borclarının ödənişini həyata keçirə bilərlər. Faizin daha əlverişli olması, minimal sənəd tələbi, eləcə də girov tələbinin olmaması kreditin əsas üstünlükləridir. Sahibkarlar müvafiq sənədləri təqdim etməklə Muğanbankdan invoysda göstərilmiş məbləğin 90%-dək məbləğini əldə edə bilərlər.
"İnvoysların Maliyyələşdirilməsi" kreditinin digər xüsusiyyətləri:
-Maliyyələşdirilmə limiti: 30 000 AZN – 1 000 000 AZN
-Müddət: 3 ayadək
-Güzəşt müddəti: 2 ay
-İllik faiz dərəcəsi: 11 %-dən başlayaraq
Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz – "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür. / banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Onlayn biznes növləri
"iPhone 15" modelinin üstünlükləri
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən zəngin idmançıları
Dünyanın əh bahalı brendləri - TOP-10