"S&P" Azərbaycan banklarının reytinqini təsdiqləyib

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının reytinqini təsdiqləyib.
Bu barədə reytinq agentliyinin məlumatında bildirilib. Məlumata görə, yerli bankların əsas reytinqi "bb-" səviyyəsində dəyişməz saxlanılıb.
S&P qeyd edib ki, Azərbaycanın bank sektoru yüksək əmtəə qiymətləri fonunda kredit tələbatının artması və aktiv keyfiyyətinin yaxşılaşması nəticəsində əlverişli makroiqtisadi şəraitdən faydalanır.
Belə ki, neft qiymətləri və iqtisadi artım səviyyəsi Azərbaycanda bank sektorunun kredit portfelinin artımına müsbət təsir edib: "2024-cü ildə sektorun kredit portfeli həm pərakəndə, həm də korporativ kreditlərin artması nəticəsində təxminən 20% artıb. Biz gözləyirik ki, infrastruktur investisiyaları və əsas siyasət faiz dərəcəsinin azalması 2025-2026-cı illərdə kredit portfelinin iki rəqəmli artımına səbəb olacaq".
Reytinq agentliyi bildirib ki, 2024-cü ilin sonuna olan məlumata görə, Azərbaycan banklarının tikinti sektoruna verdiyi kreditlər ümumi kredit portfelinin təxminən 5%-ni, ipoteka kreditləri isə 15%-ni təşkil edir. Bankların bu sektorlara məhdud maliyyə ayırması, mümkün risklərin azalmasına kömək edir.
S&P həmçinin əlavə edib ki, Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 2024-cü ildə 10%-15% artıb və 2025-ci ildə daşınmaz əmlak qiymətlərində artım 10%-dən az proqnozlaşdırılıb. / banker.az

Banklar     Tarix: 04 fevral 2025

Oxşar xəbərlər

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"


iqtisadi xeberler valyuta xeberleri dollar mezenne bitkoin qiymeti valyuta kurslari