Xalq Bank I rübün yekunlarını açıqladı
®2024-cü ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5% artaraq 3 mlrd manatı keçmiş, kredit portfelinin həcmi 2.3% artaraq 1 853.7 mln manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 226.8 mln manat təşkil etmişdir ki, bu da 2023-cü ilin I rüb göstəriciləri ilə müqayisədə 17.1%, yəni 325.3 mln manat çoxdur.
2024-cü ilin I rübünün sonuna Bankın xalis mənfəəti ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 47%, yəni 5.3 mln manat artaraq 16.5 mln manat, cəmi kapitalı 461.4 mln manat təşkil etmişdir.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes təlimlər və tədris üsulları