Azər Türk Bankın rəqəmsal debit kartını hər kəs onlayn əldə edə biləcək

Azər Türk Bankın rəqəmsal debit kartını hər kəs onlayn əldə edə biləcək®Dövlət bankı Azər Türk Bankın atb360 mobil tətbiqində yeni istifadəyə verilmiş xidmət sayəsində hər bir şəxs rəqəmsal atb card debit kartına tamamilə ödənişsiz və saniyələr ərzində rahatlıqla sahib ola biləcəkdir.
Belə ki, öncə tətbiqdə qeydiyyatdan keçilir, daha sonra SİMA identifikasiyanı keçməklə kart sifariş edilir. Saniyələr ərzində rəqəmsal kart atb360 cüzdanında aktiv olur
Əgər müştəri kartın çap versiyasını almaq istəyərsə, o zaman tətbiqdə sifariş edib, təhvil almaq üçün Bankın filialını qeyd edir. Kartın çap versiyası 15 AZN təşkil edir.
Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.
Xatırladırıq ki, rəqəmsal kart vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar.
Eyni zamanda card-to-card və müştəriyə məxsus digər hesab və kartlardan köçürmə vasitəsilə balansın artırılması mümkündür.
Həmçinin card-to-card və NFC texnologiyasını dəstəkləyən bankomat vasitəsilə kart hesabından məxaric əməliyyatlarını yerinə yetirmək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı  saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 03 dekabr 2024

Oxşar xəbərlər

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl

Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ

Mərkəzi Bankın bu il iyunun 25-də təsdiqlədiyi "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklər

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"


iqtisadi xeberler bitcoin telefonla pul qazanmaq avtomobil xeberleri depozit faizleri