"Azərbaycan İnvestisiya Şirkəti"nin rəhbərliyinə - TƏYİNAT

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AIC) icraçı direktoruna yeni müavin təyin edilib.
Eləcə də bax: Neft Şirkətinə yeni rəhbər təyin edilib - SƏRƏNCAM
 biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu sabiq bank sədrinin müavini Yasin Cəlilovdur.
Y.Cəlilov bu vəzifəyə 2022-ci ilin fevralından başlayıb.
Bildirək ki, hazırda AIC-ə Ülvi Mansurov rəhbərlik edir. Onun müavinləri isə Murad Abdullayev və Ziya Kəngərli idi.
Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini – Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-2018-ci illər ərzində Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışıb.
2019-cu ilin fevralından başlayaraq Yasin Cəlilov "Bank VTB Azərbaycan" ASC-nin İdarə Heyətinə üzv seçilmişdi.
Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 25 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib. /fed.az

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB

Azərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb. biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbə

Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb

Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026 çərçivəsində keçirilən sorğuda iştirak edən şirkətlərin 19%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına, eləcə də Naxçıvana artıq investisiya yatırdığını bildirib

Norveçdən Azərbaycana yatırılan investisiyalar - 34 DƏFƏDƏN ÇOX AZALIB

Norveçdən Azərbaycana yatırılan investisiyaların həcmində kəskin azalma baş verib. biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Cari ildə bu ölkədən cəmi 2 milyon 990 min dolla

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri


iqtisadi xeberler biznes krediti valyuta kurslari dollar manat kursu avtomobil xeberleri