Azərbaycan quşçuluq müəssisələri də Türkiyəyə - İRİHƏCMLİ YARDIMLAR EDİBLƏR
Ölkəmizdə qardaş Türkiyədə faciəli nəticələrə səbəb olan təbii fəlakətdən zərərçəkənlərə yardım kampaniyası getdikcə genişlənir. Xalqımız türkiyəli qardaşları üçün əlindən gələn dəstəyi verir. Bu prosesə Azərbaycan sahibkarları biznes də aktiv qoşulub.
Azərbaycanda broyler şirkətləri toyuq ətinin ucuzlaşdığını - ELAN ETDİ - QİYMƏTLƏR
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından FED.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan quşçuluq müəssisələri də faciədən zərərçəkən qardaşlarımıza, bacılarımıza yardım kampaniyasına qoşularaq Türkiyədə açılan yardım hesablarına irihəcmli vəsaitlər köçürüblər. Bundan əlavə, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi də müvafiq hesaba büdcəsinin imkan verdiyi qədər vəsait köçürüb.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, qardaş evində dərd varsa, rahat olmaq mümkün deyil:
"Acımız çox böyükdür. Türkiyədəki qardaşlarımız ən ağır faciəyə məruz qalıblar. Bu faciədən necə təsirləndiyimizi sözlə ifadə etmək mümkün deyil. Assosiasiyamıza üzv olan quşçuluq müəssisələrinin hər biri ayrılıqda yardım etsələr də, özümüzə borc bildik ki, bu qazandan da bir pay ayıraq. Bu gün hamımız yumruq olaraq, qardaşımızın harayına çatmalıyıq. Yalnız əlimizdə olan imkanları tam səfərbər etməklə üzləşdiyimiz fəlakətdən əziyyət çəkən qardaşlarımızı ağır vəziyyətdən mümkün qədər tez çıxara bilərik. Allah faciədə həyatını itirən bütün insanlara rəhmət eləsin".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Biznes təlimlər və tədris üsulları
ƏDV geri al və onun üstünlükləri
Necə Bitcoin almaq olar?
Layihə menecmenti nədir?
Biznes qurmaq üçün nə lazımdır?