Azərbaycandan Moskvaya göndərilmiş pomidorda GÜVƏ AŞKARLANDI
Azərbaycandan Rusiyanın Moskva vilayətinə ixrac edilmiş 16 ton təzə pomidorda "Cənubi Amerika pomidor güvəsi" aşkarlanıb.
KONKRET.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, Azərbaycandan gətirilən məhsulları "Rosselxoznadzor"un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi "LC" Western Gates" QSC-nin müvəqqəti saxlama anbarında yerləşən fitosanitar nəzarət postunda yoxlayıb.
"Rosselxoznadzor"un tabeliyində olan Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBI VNIIKR) mütəxəssisləri laboratoriya müayinəsi ilə karantin obyektinin varlığını təsdiqləyib.
Rusiyanın fitosanitar qanunvericiliyinə uyğun olaraq, karantin məhsulları Azərbaycana – yükgöndərənə geri qaytarılıb. (Report)
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb