Azərbaycanın bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə öhdəliklər götürəcək

Azərbaycanın bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə öhdəliklər götürəcəkAzərbaycanın bank sektoru bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq Maliyyə günündə maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu"nda bildirib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Bu addım sektorun iqlim dəyişikliklərinəqarşı mübarizə fəaliyyətindən irəli gələn layihələrə resurs ayırmağa hazır olduğunu nümayiş etdirir. Ümumiyyətlə, bank sektoru ölkə iqtisadiyyatının və maliyyə sektorunun bu sahədə üzləşdiyi riskləri nəzərə alaraq öz fəaliyyətini qurur, bu səbəbdən AMB ilə sıx əməkdaşlıq edərək dayanıqlı maliyyə prinsiplərinin risklərin idarə edilməsi və kreditləşmə təcrübələrinə inteqrasiyası üzərində çalışır", – deyə o qeyd edib.
"Sığorta sektoru da dayanıqlılıqtəşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir. AMB hökumətlə birlikdə sığorta sektorunun bu istiqamətdə fəaliyyətini fəal dəstəkləyir. Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avtosığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır. Əlavə olaraq hamını "yaşıl maliyyə" təşəbbüslərinə dəstək verməyə, bu yolda aktiv iştirak etməyə çağırıram", – deyə sədr əlavə edib. / banker.az

Banklar     Tarix: 18 oktyabr 2024

Oxşar xəbərlər

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti bitcoin emlak xeberleri