Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb, qeyri-neft-qaz ixracının artımı isə dayanıb

Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb, qeyri-neft-qaz ixracının artımı isə dayanıb2024-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197 milyon 549 min dollar təşkil edib. Bu, 2023-cü ilə nisbətən 7 milyard 352 milyon 958 min dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550 milyon 507 min dollar təşkil etmişdi.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycandan 14 milyard 437 milyon 355 min dollar dəyərində xam neft, 8 milyard 406 milyon 729 min dollar dəyərində təbii qaz ixrac edilib. Xam neft ixracı dəyər ifadəsilə 1 milyard 803 milyon 474 min dollar və ya 11,1%, təbii qaz ixracı isə 5 milyard 271 milyon 616 min dollar və ya 38,5% azalıb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
QEYRİ-NEFT-QAZ İXRACININ ARTIMI DEMƏK OLAR Kİ DAYANIB
2024-cü ildə Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrә ixracının cəmi dəyəri 3 milyard 356 milyon 507 min dollar olub. Bu dəyər 2023-cü ildə 3 milyard 348 milyon 47 min dollar təşkil etmişdi. Beləliklə, ötən il Azərbaycanın qeyri-neft-qaz ixracı 8 milyon 461 min dollar və ya 0,25% artıb.
Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb, qeyri-neft-qaz ixracının artımı isə dayanıbAzərbaycanın neft-qaz ixracından gəlirləri kəskin azalıb, qeyri-neft-qaz ixracının artımı isə dayanıb

Maliyyə     Tarix: 23 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı


iqtisadi xeberler 1000 manatla biznes biznes ideyalari valyuta kurslari kicik biznes