Bakı Fond Birjasında Kapital Bank-ın manat istiqrazları "Açılış zəngi" ilə bazara təqdim olundu

Bakı Fond Birjasında Kapital Bank-ın manat istiqrazları ®Ölkənin birinci bankı Kapital Bank kapital bazarında həm yerli, həm də xarici valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. Daha öncə bank rəsmiləri 100 000 000 (yüz milyon) manat həcmində istiqrazın bazara buraxılacağı haqqında məlumat vermişdilər. 10 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında təntənəli Açılış zəngi tədbiri ilə bankın 50 000 000 (əlli milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı. 
Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin investisiyalarının artırılmasının önəmini vurğulayıb. Kapital Bank-ın Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev isə maliyyə bazarlarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb. "Azərbaycan maliyyə bazarı yüksək inkişaf potensiallı bir mühitdir. Biz bu bazarın liderlərindən biri olaraq ölkəmizdə kapital bazarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək istəyirik. Hədəfimiz bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın gücləndirilməsi, bazara çıxış imkanlarının genişləndirilməsidir. Buna görə də biz həm xarici, həm də yerli valyutada yeni maliyyə alətlərini təqdim edirik". 
Daha sonra "PAŞA Kapital İnvestisiya Şirkəti"nin İdarə heyəti sədrinin müavini Rauf Qurbanov çıxış edərək bildirdi ki, "İnvestisiya imkanlarını dəyərləndirmək istəyən vətəndaşlarımız sahəsinin iki lideri – ölkənin ən böyük filial şəbəkəsinə malik olan bankı Kapital Bank və ən böyük bazar payına malik olan investisiya şirkəti PAŞA Kapital tərəfindən təqdim olunan etibarlı, rahat və sürətli xidmətdən faydalana biləcəklər. İstiqrazların alışını həyata keçirən investorlar geri satmaq istədikləri təqdirdə heç bir faiz itkisi olmadan həmin günə qədər hesablanmış bütün faizləri əldə edə biləcəklər". 
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Xatırladaq ki, daha öncə Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan subordinasiya istirqazlarının yerləşdirilməsi başa çatmışdır. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 10 iyun 2024

Oxşar xəbərlər

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta


iqtisadi xeberler dollar mezenne kripto en son xeberler pul qazanmaq