Bank Respublika bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib

Bank Respublika bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib®Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

Bankın aktivləri 28% artaraq 2,1 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Bankın məcmu kapitalı 25% artaraq 168,77 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
Bankın depozit portfeli 44% artaraq 1,41 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Bankın xalis faiz gəlirləri 32% artaraq 34,58 milyon manata çatıb.
Bankın xalis əməliyyat mənfəəti 50%-dən çox artaraq 16,89 milyon manata çatıb.
Bankın xalis mənfəəti 39% artaraq 13,51 milyon manat təşkil edib.
I dərəcəli kapitalın adekvatlıq əmsalı –  8,97% (norma 6%)
Məcmu kapitalın adekvatlıq əmsalı –  12,55% (norma 12%)
Leverec əmsalı – 5,85% (norma 5%)
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – "Stabil" proqnozlu "B2" reytinqinə (Moody"s) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 16 aprel 2024

Oxşar xəbərlər

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild


iqtisadi xeberler birbank valyuta kurslari dollar məzənnəsi kripto