Bank "Sədərək" filialını açdı
Unibank yeni filialını müştərilərin istifadəsinə verib.
"Sədərək" Ticarət Mərkəzində yerləşən Unibank Biznes Mərkəzi müştərilərə bütün bank xidmətlərini göstərir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Filial əsasən "Sədərək" və "Binə" Ticarət Mərkəzlərində yerləşən göstərən sahibkarların biznesinə dəstək məqsədilə fəaliyyətə başlasa da, ətraf ərazilərdə yaşayan biznes sahibləri və fiziki şəxslər də filialın xidmətlərindən faydalana bilər. Biznes Mərkəzi müştərilərə kassa hesablaşma əməliyyatları, biznes və pərakəndə kreditlərin ayrılması, əmanət qoyuluşu, plastik kartların verilməsi, nağd valyuta əməliyyatları və digər bank xidmətləri göstərir.
Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar müştərilərə günün istənilən vaxtı mədaxil-məxaric, ödəmə əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır
Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyənlər həftənin beş günü "Unibank"ın "Sədərək" TM-də yerləşən filialına müraciət edə bilər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filiaları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
/ marja.az

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
SMM nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İlon Mask kimdir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Necə Bitcoin almaq olar?