Banklar daxili ipoteka kreditini artıra-artıra gedirlər
Azərbaycanda ipoteka kreditləri həcmi 2023-cü ilin aprel ayında da artmanı davam etdirdi.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ipoteka kreditləri həcmi 74.6 mln. manat və ya 2.4% artımla 3 mlrd. 199.3 mln. manata yüksəldi.
Bildirilir ki, dövlət büdcəsindən ipoteka üçün 2023-cü ilin yanvar-aprel ayları ərzində İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait öncəki ilin eyni dövrü ilə müqayisədə bu il 8% az olmaqla cəmi 43.9 mln. manat olsa da, Fond və banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi yüksəlib.
Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 108.3 mln. manata yüksəlib.
İlin ilk dörd ayında banklar öz hesablarına 165 mln. manat həcmində ipoteka krediti veriblər və bu da illik müqayisədə 5% yuxarı göstəricidir.
İpoteka krediti faizləri dəyişməz olaraq ortalama 6.34%-də sabit qalıb.
İKZF-in ikinci ən böyük maliyyə mənbəsi ipoteka istiqrazlarını emissiya etməklə gəlir. Fond ilin yalnız aprelində 100 mln. manat həcmində bu istiqrazları buraxmaqla vəsait əldə edib. Öncəki ildən 11% çoxdur.
AMB onu da açıqlayır ki, bankların 1 may 2023-cü il tarixinə qeyri-işlək 44.9 mln. manatlıq ipoteka krediti var və bu ümumi ipoteka portfelinin 1.4%-ni təşkil edir. Aşağı-yuxarı son 5 ayda dəyişməz qalır.
Bu sosialyönümlü kreditlər üzrə bazarın ən önəmli 5 fiqurları ABB, Kapital Bank, Xalq Bank, BTB Bank və Azər Türk Bank-dır.
1 aprel 2023-cü il tarixinə:


Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Biznes plan necə yazılır?
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes qurmaq üçün nə lazımdır?
"Freelance" nədir?