"Banklarda korporativ idarəetmə Standartları"nda dəyişikliklərə dair AMB-dən açıqlama

Azərbaycan Respublikasının Mərkəzi Bankı "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank nəzarəti və tənzimləməsinin ən qabaqcıl standartlara uyğunlaşdırılması, o cümlədən banklarda korporativ idarəetmə sahəsində normativ hüquqi bazanın modernizasiyası üzrə təşəbbüsləri davam etdirir.
Bu sahənin tənzimlənməsi üzrə Mərkəzi Bankın gələcək strateji baxışını əks etdirir və nəzarət orqanının müvafiq sahədə planlaşdırılan tələblərinə bankların hazırlıqlı olmalarının təmin edilməsi məqsədini daşıyır.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bildirik ki, qeyd olunan təşəbbüslərin davamı olaraq, 25 sentyabr 2024-cü il tarixində "Banklarda korporativ idarəetmə Standartları"na əlavə və dəyişikliklər qüvvəyə minib. Yuxarıda qeyd olunan sənəddən fərqli olaraq, Standartlar tövsiyə xarakteri daşımır və hal-hazırda Mərkəzi Bankın korporativ idarəetmə sahəsi üzrə banklara qarşı mövcud olan tələblərini ehtiva edir.
Standartlara edilmiş son dəyişikliklərə əsasən, bankların Müşahidə Şuralarının tərkibinə müstəqil üzvlərin daxil edilməsinə dair tələb 08 sentyabr 2025-ci il tarixindən etibarən nəzarət zərfi dövlətə məxsus olan banklara da şamil ediləcəkdir. Ölkəmizdə korporativ idarəetmə sahəsi üzrə ilk dəfə tətbiq edilən bu yenilik səhmdar strukturundan asılı olmayaraq bütün banklara vahid yanaşmanın tətbiq olunmasına və bununla da banklarda idarə etmə mexanizmlərinin təkmilləşməsinə xidmət edir.
Digər dəyişikliklərlə, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxsin son üç ildə banka aidiyyəti olan şəxsin əməkdaşı olmaması tələbi əlavə olunmuş, müstəqil üzvün müstəqillik statusunun qüvvədə olduğu müddət limiti altı il olaraq müəyyən edilib.
Bununla yanaşı, müstəqillik meyarlarında bankın əməkdaşları üzrə xüsusi tələblər müəyyən edilib. Yeni tələblərə əsasən, Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə namizəd şəxs bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxsə isə bankda işlədiyi müddətin ən azı üçdə ikisi (minimum 3 il olmaqla) müddətində fasilə tətbiq edildikdən sonra onun müstəqil üzv təyin oluna bilməsi imkanı nəzərdə tutulub.
Standartlara edilmiş düzəlişlərlə Komplayens Komitəsinin tərkibinə dair tələblər aydınlaşdırılıb, eləcə də İdarə Heyətinin sədri, Baş risk inzibatçısı və Baş komplayens inzibatçısı ilə bağlı əvəzetməyə dair tələblər dəqiqləşdirilib.
Bu düzəlişlərin edilməsində əsas məqsəd banklarda korporativ idarəetmə funksiyasının davamlı olaraq gücləndirilməsi və banklarda idarəetmənin şəffaflığının artırılmasından ibarətdir.
"Banklarda korporativ idarəetmə Standartları" ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq mümkündür: / banker.az

Banklar     Tarix: 01 oktyabr 2024

Oxşar xəbərlər

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə


iqtisadi xeberler biznes krediti bitkoin birbank emlak xeberleri