"Biznesə daxilolma" işçi qrupunun - İCLASI OLUB

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi "Biznesə daxilolma" işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması - DAHA 1 İL UZADILDI
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, iclasda Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsi çərçivəsində 2022-ci ildə görülmüş işlər barədə məlumat verib. DVX-nın Dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayevanın Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər üzrə hazırlanmış normativ hüquqi akt layihələrinin və digər tapşırıqların icra vəziyyəti barədə məlumatı dinlənilib.
İclasda Yol Xəritəsinin "Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası" bəndi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr diqqət mərkəzində olub. Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə Elektron Apostil Proqramına uyğun olaraq, elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla, onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması, habelə bu sahədə mövcud imkanlar və həllini tələb edən məsələlər barədə danışıb.
Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Ziya Fətəliyev Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən "Elektron notariat" informasiya sistemi çərçivəsində leqallaşdırılmış sənədlərin elektron nüsxələrinin hazırlanaraq tərcümə üçün göndərilməsi və notarius tərəfindən rəsmiləşdirildikdən sonra müştərinin ünvanına çatdırılması xidmətinin təşkilinə dair proseslər xəritəsinin hazırlanması ilə bağlı görülməli işlərdən bəhs edib. Qeyd olunub ki, bu məqsədlə proqram təminatının yaradılması müəyyən müddət və maliyyə resursları tələb edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azintelecom" MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin direktoru Kaul Məmmədov elektron imza ilə təsdiq edilmiş xarici rəsmi sənədlərin dövriyyəsinin sadələşdirilməsi məqsədilə tətbiqi imkanları araşdırılan "Açıq açarlar infrastrukturu" barədə məlumat verib.
İclasda, həmçinin səlahiyyətləri çərçivəsində görüləcək işlərin sürətləndirilməsi işçi qrup üzvlərinin diqqətinə çatdırılıb.

Biznes     Tarix: 02 fevral 2023

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti kripto