Bu texniki səhvin "Bolmart"a aidiyyəti yoxdur – İSTEHSALÇI ŞİRKƏTDƏN AÇIQLAMA - FOTO

Bu texniki səhvin Sosial şəbəkələrdə yayılan üzərində yararlılıq tarixi səhv yazılan kolbasa məmulatlarının istehsalçısı olan "Ay-Min" şirkəti görüntü ilə bağlı açıqlama verib. 
Şirkətdən FED.az-a bildirilib ki, görüntüsü yayılan kolbasa məmulatının üzərində yararlılıq tarixinin səhv yazılması "Bolmart" ticarət şəbəkəsinin deyil, şirkətin texniki səhvinin nəticəsidir. 
Belə ki, "Qəsaab" brendinə aid kolbasa məhsullarının yanvarın 15-də istehsal edilmiş partiyasının üzərində yararlılıq tarixi səhvən fevralın 30-u kimi qeyd edilib. 
Bu kolbasa partiyası satışa çıxarılandan sonra şirkət yararlılıq tarixinin səhv olduğunu aşkar edib və yanvarın 18-dən etibarən həmin məhsulların ticarət şəbəkələrindən geri çağırılmasına başlanılıb. 
Bununla bağlı "Ay-Min" MMC-nin direktoru, texnoloqu və istehsalat rəisinin imzası ilə yanvarın 18-də tərtib edilmiş aktda bildirilir ki, üzərində tarixin səhv göstərildiyi kolbasa partiyası cəmi 600 kiloqram olub, onun böyük hissəsi artıq satışdan yığışdırılıb. 
"Ay-Min" MMC-dən bildirilir ki, bununla da yayılan görüntülərdə göstərilən texniki səhvin kolbasa məmulatlarının satıldığı "Bolmart" ticarət şəbəkəsinə aidiyyatı yoxdur, bu sırf istehsalçının texniki səhvidir. 
"Bu mallar istehlaka tam olaraq yararlıdır, yalnışlıq yalnız həmin məhsulların tarixindədir. Yaranmış vəziyyətlə bağlı alıcılardan və öz tərəfdaşlarımızdan üzr istəyirik"-deyə şirkətdən bildirilib.

Biznes     Tarix: 31 yanvar 2023

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti kripto