Dünyada yumurta kəskin bahalaşıb – SAKİNLƏR TOYUQ ALIRLAR

Dünyada yumurta kəskin bahalaşıb – SAKİNLƏR TOYUQ ALIRLARDünyada yaranan kəskin yumurta qıtlığı nəticəsində bəzi ölkələrdə bu ərzaq məhsulunun qiymətində ciddi artım baş verib. 
15 qəpiklik kənd yumurtası indi 50 qəpiyə təklif olunur - QİYMƏTLƏR
FED.az xəbər verir ki, qıtlığın səbəbi toyuq qripinin qarşısını almaq üçün böyük sayda toyuqların məhv edilməsi və Rusiya-Ukrayna müharibəsi nəticəsində toyuq yeminin təldarükündə yaranan qıtlıq və qiymətlərin artımı olub. 
Nəticədə yumurta tədarükü də kəskin azalıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin ərzaq qiymətləri ilə bağlı hesabatına görə, keçən ilin fevral ayında başlayan quş qripi epidemiyası zamanı milyonlarla toyuq yoluxub. Nəticədə 47 ştatda 60 milyona yaxın quş məhv edilib. Bunlardan 43 milyonu yumurta verən toyuqlar olub. 
Nəticədə ABŞ yumurta ehtiyatları 2022-ci ilin əvvəlindən indiyədək 29 faiz azalıb, çünki yumurta tədarükü də aşağı düşüb. 
Bütün bunlar isə yumurtanın kəsmkimn bahalaşmasına səbəb olub. 
Noyabrdan dekabr ayına qədər tətil mövsümündə yumurtaya tələbatın artması və eyni zamanda təklifin azalması nəticəsində yumurtanın topdansatış qiymətləri yüksəlib. Milad həftəsində isə yumurtanın qiyməti rekord vurub. 
Ötən ilin dekabr ayında Milad həftəsində qabıqlı yumurta qiymətləri 2022-ci ilin əvvəli ilə müqayisədə yüzdə 267, bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 210 faiz artıb.
Nəticədə bir düjün (12 ədəd) qabıqlı yumurtanın topdansatış qiyməti keçən ilin əvvəlində 1,5 dollar civarında idisə, ilin sonunda 5 dollardan yuxarı qalıb. Keçən ilin son həftəsində ehtiyatlar artmağa başladığı üçün yumurtanın qiyməti bir qədər azaldı.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, yumurta qiymətlərinin yüksək olmasının əsas səbəbi ötən il başlayan və artıq 60 milyona yaxın quşu əhatə edən quş qripi virusunun yayılması olub.
Həmçinin, bir çox qidalar kimi, yumurtanın da ABŞ-da artan qiymətlərdə payı var. ABŞ Əmək Nazirliyinin açıqladığı inflyasiya məlumatlarına görə, 2022-ci ilin dekabr ayında yumurtanın qiyməti aylıq bazda yüzdə 11,1, illik bazda isə yüzdə 59,9 artıb.
Yumurtanın növünə görə qiyməti dəyişir
Bazarlarda yumurta qiymətləri növlərinə görə dəyişir. Bəzi ərzaq mağazalarında onlarla üzvi yumurtanın qiyməti təxminən 12 dollar, qeyri-üzvi yumurtanın qiyməti isə təxminən 7 dollardır.
Digər tərəfdən bəzi ərzaq mağazaları yumurta rəflərindən asdıqları qeydlərdə tədarükçülərin qiymətlərinin artması səbəbindən yumurtanın qiymətinin artdığını qeyd edərək, ehtiyatların məhdudluğuna görə müştərilərindən üzr istəyirlər.
Hazırda tələbin sabitləşməsi, ehtiyatların artması və inflyasiyanın mülayim gedişi səbəbindən yumurtanın qiymətinin aşağı düşəcəyi gözlənilir.
Əhali kütləvi surətlə yumurta alır 
Maraqlıdır ki, yumurta qıtlığı və qiymətlərin artımı təkcə ABŞ-da deyil həm də nisbətən uzaq ölkələrdə , məsələn Yeni Zelandiyada da özünü göstərir. 
CNN xəbər verir ki, Yeni Zelandiya sakinləri yumurta qıtlığı fonunda tələbatı ödəmək üçün toyuq almağa başlayıblar. 
İl ərzində büt ün dünyda yumurtanın qiyməti qalxıb - bunun səbəbi quş qripi epidemiyası (hansı ki, buna görə milyonlarla baş toyuq məhv edilib), eləcə də Rusiyanın Ukraynaya hücumu olub. Müharibə nəticəsində dünyaya yem tədarükü azalıb. 
Nəticədə ABŞ-la yanaşı, Zelandiyada da yumurtanın qiyməti artıb və əsl panika yaradıb. Vəziyyət o qəhəddə satıb ki, insanlar yumurtanı internetlə axtarıb tapıb almaq istəyirlər. 
CNN-in məlumatına görə, yanvar ayında Zelandiyada internetdə cücə və yumurta axtarışı üzrə sorğular 190% və ya təqribən 3 dəfə artıb. Əhali belə vəziyyətlə üzləşməmək və özünü davamlı yumurta ilə təmin etmək üçün toyuq almağa üstünlük verir. 
Amma mütəxəssislər əhaliyə xəbərdarlıq edir ki, toyuqlar uzağı 10 il yaşayırlar, və heç də bütün ömrü boyu yumurtlamırlar. Onların yumurta vermək qabiliyyəti, yaşdan, mövsümdən və digərp çoxsaylı faktorlardan asılıdır. 
Yeni Zelandiyanın ticarət şəbəkələrinin nümayəndələri bildirirlər ki, hazırda yumurta satışı üçün məhdudiyyət olmasa da, əhalini qənaətli olmağa çağırırlar. 
Yumurta qıtlığı və qiymətlərin artımı çörək və un məmulatları biznesinə də təsir edib. Çörəkbişirmə sexlərini nümaynədələri bildirirlər ki, onlar bişirmə zamanı yumurtanı başqa inqredientlərlə əvəzləmək üçün reseptlərini dəyişməyə başlayıblar. 

Biznes     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti kripto