Dünyanın 10 ən zəif valyutası AÇIQLANDI - SİYAHI
"Forbes" ABŞ dollarına nisbətdə dünyanın 10 ən zəif valyutasını açıqlayıb.
KONKRET.azdünyanın ən zəif 10 valyutasını təqdim edir:
1. İran rialı (IRR)
İran rialı dünyanın ən zəif valyutasıdır: 1 dollar 42,273 İran rialına bərabərdir.
İran rialı ilk dəfə 1700-cü illərin sonlarında dövriyyəyə buraxılıb. Valyuta hazırda sərbəst dövriyyədə olsa da, son bir neçə ildə dollara nisbəti 42 min rial civarında qalıb.
İran dünyanın aparıcı neft və təbii qaz ixracatçısıdır. İqtisadi sanksiyalar siyasi iğtişaşlar və yüksək inflyasiya ilə yanaşı, İran valyutasına da təzyiq göstərib.
2. Vyetnam donqu (VND)
Vyetnam donqu dünyanın ikinci ən zəif valyutasıdır: 1 ABŞ dolları 23,711 Vyetnam donquna bərabərdir. Donq 1978-ci ildə dövriyyəyə buraxılıb.
Vyetnam Çin, Laos və Kamboca ilə həmsərhəddir. Vyetnamın valyutası xarici sərmayələrə qoyulan məhdudiyyətlər və son zamanlar ixracın azalması, eləcə də ABŞ-ın faiz dərəcələrini artırması ilə sarsılıb.
3. Laos kipi (LAK)
Lao kipi üçüncü ən zəif valyutadır: 1 dollar 19,072 Lao kipinə bərabərdir. Kip 1950-ci illərdə dövriyyəyə buraxılıb. Laos Vyetnam, Tayland, Kamboca və Çin arasında yerləşir, dənizə çıxışı yoxdur. Ölkə mis, qızıl və ağac ixracından çox asılıdır.
Ölkə ləng iqtisadi artımdan, artan xarici borcdan və yüksək inflyasiyadan əziyyət çəkir.
4. Sierra Leone leonu (SLL)
Sierra Leone leonu dünyanın dördüncü ən zəif valyutasıdır: 1 dollar 17,665 Sierra Leone bərabərdir. Pul vahidi ilk dəfə 1964-cü ildə dövriyyəyə buraxılıb və sərbəst dövriyyədədir.
Sierra Leone Qərbi Afrikada yerləşir, Qvineya və Liberiya ilə həmsərhəddir. Əsas ixracatına ağac, almaz, qızıl və sənaye metalları daxildir.
Leonun dəyəri 40%-dən çox inflyasiya, eləcə də iqtisadi artımın yavaşlaması və Ebola epidemiyasının uzunmüddətli təsirləri səbəbindən azalıb.
5. İndoneziya rupisi (IDR)
İndoneziya rupisi dünyanın beşinci ən zəif valyutasıdır: 1 dollar 14,993 İndoneziya rupisinə bərabərdir. Rupi 1946-cı ildə dövriyyəyə buraxılıb.
İndoneziya Sakit Okeandakı 17 000-dən çox adadan ibarətdir. ÜDM-ə görə Cənub-Şərqi Asiyanın ən böyük ölkəsidir. Bununla belə, yüksək inflyasiya və tənəzzül qorxusu səbəbindən rupi digər valyutalar qarşısında ucuzlaşıb.
6. Livan funtu (LBP)
Livan funtu dünyanın altıncı ən zəif valyutasıdır: 1 dollar 14,986 Livan funtuna bərabərdir. Funt ilk dəfə 1930-cu illərdə dövriyyəyə buraxılıb.
Livan Aralıq dənizi, həmçinin İsrail və Suriya ilə həmsərhəddir. Dərin iqtisadi tənəzzül, yüksək inflyasiya, işsizlik, bank böhranı və siyasi iğtişaşlar səbəbindən Livan funtu 2021-ci ilin əvvəlində ABŞ dolları qarşısında rekord səviyyədə ucuzlaşıb.
7. Özbəkistan sumu (UZS)
Özbəkistan sumu dünyanın yeddinci ən zəif valyutasıdır: 1 ABŞ dolları 11,516 özbək sumuna bərabərdir. Valyuta 1993-cü ildə dövriyyəyə buraxılıb.
Özbəkistan Mərkəzi Asiyada yerləşən keçmiş Sovet İttifaqı respublikasıdır. Ölkə dünyanın aparıcı pambıq ixracatçılarından biridir və əhəmiyyətli mineral, neft və qaz ehtiyatlarına malikdir.
8. Qvineya frankı (GNF)
Qvineya frankı dünyanın səkkizinci ən zəif valyutasıdır: 1 dollar 8,583 Qvineya frankına bərabərdir. Pul vahidi 1959-cu ildə dövriyyəyə buraxılıb.
Qvineya Afrikanın cənub-şərqində yerləşən keçmiş Fransa koloniyasıdır. Qızıl və almaz kimi çoxlu təbii ehtiyatlara malikdir. Lakin yüksək inflyasiya, hərbi iğtişaşlar, qonşu Liberiya və Sierra Leonedən gələn qaçqın axını ilə mübarizə aparır.
9. Paraqvay quaranisi (PYG)
Paraqvay quaranisi doqquzuncu ən zəif valyutadır: 1 dollar 7249 Paraqvay quaranisinə bərabərdir. Valyuta 1952-ci ildə təqdim edilib.
Paraqvay dənizə çıxışı olmayan ölkədir, Braziliya, Argentina və Boliviya ilə həmsərhəddir. Ölkə soya paxlası və mal ətinin aparıcı istehsalçısıdır, həmçinin qarğıdalı və şəkər qamışı ixrac edir.
Lakin ölkənin valyutası yüksək inflyasiya, korrupsiya və saxta pullar səbəbindən təzyiq altındadır.
10. Uqanda şillinqi (UGX)
Siyahıda sonuncu yerdə Uqanda şillinqidir: 1 dollar 3669 Uqanda şillinqinə bərabərdir. Valyuta 1966-cı ildə dövriyyəyə buraxılıb.
Uqanda, Keniya, Cənubi Sudan, Tanzaniya və Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə neft, qızıl və qəhvə ilə zəngindir.
İqbal Rzayev,
KONKRET.az

"Kapital Bank" fond bazarında ₼100 milyonluq istiqraz buraxır
LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib
Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir
TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb
Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir
Türkiyədən Azərbaycandakı əhaliyə pul köçürmələr 26% artıb
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
İyunun 16-dan "Bonus-Malus" sistemi ləğv edilir
Yatırım olmadan necə biznes qurmaq olar?
Onlayn biznes növləri
Amazonda satış etmək üçün bilməli olduqlarınız
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?