"EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi

Ali Məhkəmədə "EuroHome" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tikinti materialları bazarının direktoru Samir Məmmədov və şirkətdə elektrik vəzifəsində çalışmış Amil Salmanovun barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
FED.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Samir Məmmədovun müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti geri qaytarılıb. Amil Salmanovun müdafiəçisi və bir neçə zərərçəkmişin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilən kassasiya şikayəti isə təmin edilməyib.
İttihama görə, "EuroHome" MMC tikinti materialları bazarında yanğın hadisəsi 10 dekabr 2019-cu il tarixdə qeydə alınıb. Nəticədə 125 icarəçiyə məxsus 16 429 339,94 manat dəyərində əmlak yanaraq yararsız hala düşüb.
Bu iş üzrə MMC-nin direktoru Samir Məmmədov və şirkətdə elektrik vəzifəsində çalışmış Amil Salmanov məsuliyyətə cəlb ediliblər.
Onların barəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.
Rəsmi məlumata görə, dəymiş zərərin bir qismi ödənilib.
Binəqədi Rayon Məhkəməsinin hakimi Aygül Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında elan edilib ki, Samir Məmmədovun barəsində seçilmiş polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs edilib.
Məhkəmənin hökmü ilə hər iki şəxsə 3 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Hökmdə qeyd edilib ki, Samir Məmmədovla Amil Salmanov cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Bundan başqa, hökmə əsasən, zərərçəkmişlərin mülki iddiaları qismən təmin edilib. Lakin hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkumların apellyasiya şikayəti təmin edilməyib, bəzi zərərçəkmiş şəxslərin mülki iddialarına dair hissə dəyişdirilib.
Belə ki, bir qisim zərərçəkmiş mülki iddialarından imtina etdiyindən, həmin şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Daha sonra təqsirləndirilən şəxslərin müdafiəçiləri və bir qisim zərərçəkmiş kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər (Pravda.az).

Biznes     Tarix: 01 fevral 2023

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti kripto