"Fitch": ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək

EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun inkişaf etməkdə olan bazarlarının bankları ABŞ hökumətinin tarif siyasətinin sərtləşdirilməsi və bununla əlaqədar ticarət və maliyyə sahəsində qeyri-müəyyənlik səbəbindən müxtəlif, lakin ümumiyyətlə məhdud təsirlə üzləşirlər.
Bu barədə beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in hesabatında bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qurum bəyan edib ki, təsir səviyyəsi, ilk növbədə, region ölkələrinin iqtisadiyyatlarının ABŞ-də tarif siyasətinin sərtləşdirilməsindən nə dərəcədə zərər çəkəcəyindən, o cümlədən bu ölkələrdəki banklara təsirindən, həmçinin qlobal bazarlardakı volatillik səviyyəsindən asılıdır.
"Fitch Ratings" qeyd edib ki, ABŞ-yə ixrac vasitəsilə birbaşa təsir əhəmiyyətsiz olaraq qalır.
"Neft ixrac edən ölkələr neft qiymətlərinin düşməsindən zərər çəkəcəklər. Bu isə qlobal iqtisadi artımın yavaşlaması səbəbindən tariflərin təsirinin dolayı nəticəsidir. Eyni zamanda, ABŞ-yə məhdud ixrac həcmi olan neft idxalçısı ölkələr neftin ucuzlaşmasından qismən faydalana bilərlər", - agentlik hesab edir.
Hesabatda qeyd olunub ki, ÜDM artım tempinin yavaşlaması da daxil olmaqla əlverişsiz iqtisadi nəticələr, adətən kreditləşmə templərinin azalması və aktivlərin keyfiyyətinin mümkün pisləşməsi vasitəsilə bank sektoruna mənfi təsir göstərir.
Bundan əlavə, "riskin azaldılması" ssenarisi çərçivəsində investorların inkişaf etməkdə olan ölkələrə münasibətdə mövqeyi dəyişərsə yenidən maliyyələşdirmə riskləri və borclanma xərcləri də arta bilər.
Agentliyin analitikləri hesab edirlər ki, "MDB+" regionunda tariflərin birbaşa təsiri minimaldır, çünki ABŞ-yə ixrac həcmləri məhduddur.
"Ermənistan və Gürcüstan neft idxalçılarıdır, Azərbaycan və Qazaxıstan kimi ixracatçı ölkələrin banklarının isə ümumiyyətlə neft-qaz sektorundan asılılığı aşağıdır və onlar əhəmiyyətli likvidlik buferlərinə malikdirlər", - hesabatda bildirilib.
"Fitch"in məlumatına görə, yüksək xarici öhdəlikləri olan ölkələrdə, xüsusilə Özbəkistanda dövlət bankları üçün yenidən maliyyələşdirmə dəyəri arta bilər. Lakin bu risklər dövlət dəstəyi və əsasən beynəlxalq maliyyə institutları tərəfindən güzəştli şərtlərlə təqdim edilən xarici borcların uzunmüddətli xarakteri ilə kompensasiya olunur.
Reytinq agentliyi qeyd edib ki, tariflərin artırılmasından sonra ABŞ dolları bir qədər zəifləyib, lakin bu tendensiya dəyişərsə, yerli valyutaların mümkün devalvasiyası bank sisteminin dollarlaşma səviyyəsi yüksək olan ölkələrdə aktivlərin keyfiyyətini pisləşdirə bilər.
"Bununla belə, əksər banklar orta səviyyəli itkilərin öhdəsindən gələ bilərlər, region ölkələrinin hökumətləri isə lazım gələrsə, milli valyutaları dəstəkləyə bilərlər", - agentliyin ekspertləri vurğulayıblar. 
Niderlandın ən böyük bank qrupu olan "ING Group" hesab edir ki, Azərbaycan ABŞ-nin ticarət tariflərinin birbaşa təsirindən əhəmiyyətli dərəcədə qorunur. Eyni zamanda, beynəlxalq reytinq agentliyi "Moodys"in fikrincə, ABŞ-nin tarif siyasəti Azərbaycan üzərindən tranzit daşımalarda yeni imkanlar yarada bilər.
© Report

Banklar     Tarix: 24 aprel 2025

Oxşar xəbərlər

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin online pul qazanmaq bank faizleri