"Fitch": Azərbaycan bankları Qafqaz regionundakı bank arasında stabil mövqeyə malikdir

Azərbaycan bankları Cənubi Qafqaz regionundakı bank arasında stabil mövqeyə malikdir.
Bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.
O bildirib ki, son illərdə Qafqaz regionundakı bankların çoxunun reytinqi yüksəlib. Gürcüstan və Ermənistanda bu əsasən pandemiyadan sonrakı iqtisadi bərpa və Ukraynada müharibə nəticəsində Rusiya mənşəli depozit axınının artması ilə bağlı olub. Azərbaycanda isə müsbət reytinq dəyişiklikləri əsasən neft qiymətlərinin artması, köhnə aktiv keyfiyyəti risklərinin azalması və tənzimləyici çərçivənin gücləndirilməsi ilə əlaqədardır.
Maksim Maliutin qeyd edib ki, bununla belə, regiondakı bütün banklar hələ də investisiya dərəcəsindən aşağı səviyyədədir və reytinqləri B ilə BB+ arasında dəyişir. Bunun əsas səbəbləri suveren reytinq məhdudiyyətləri və struktur problemləridir: "Məsələn, Ermənistan və Gürcüstanın reytinqləri BB- səviyyəsindədir. Digər məhdudlaşdırıcı amillər yüksək kredit və maliyyələşdirmə dollarlaşması, balans hesabatında böyük konsentrasiyalar və beynəlxalq standartlarla müqayisədə müəyyən tənzimləmə çatışmazlıqlarıdır". / banker.az

Banklar     Tarix: 11 fevral 2025

Oxşar xəbərlər

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri


iqtisadi xeberler bitcoin en son xeberler emlak xeberleri valyuta xeberleri