Fuad Oktay Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Fuad Oktay Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOAzərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
KONKRET.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.
Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini də ziyarət edib.
"Türk şəhidliyi" abidəsinin Türkiyə və Azərbaycan qardaşlığının ən böyük nişanəsi olduğunu vurğulayan Fuat Oktay bildirib ki, bu müqəddəs məkanda uyuyan türk şəhidləri Qafqaz İslam Ordusunun mərd əsgərləri kimi azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşub və hamının qəlbində ölümsüzlüyə yol açıblar. Vurğulanıb ki, uğrunda şəhidliyə ucaldıqları torpaq naminə birgə mübarizə Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğumuzu nümayiş etdirib. "Azərbaycanlılar da Çanaqqala müharibəsində bizim yanımızda olublar və qəhrəmancasına döyüşüblər. Bir əsr bundan əvvəl göstərilən qəhrəmanlıq və fədakarlıq Azərbaycanın 44 günlük haqq savaşında da təkrarlanıb. Bu amillər bizi əbədi olaraq bir-birimizə bağlayıb", – deyə o qeyd edib.Fuad Oktay Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTOFuad Oktay Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Xəbərlər     Tarix: 18 iyul 2023

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb


iqtisadi xeberler valyuta mezennesi biznes krediti iqtisadiyyat xeberleri leobank kart