"Günay Bank"ın kreditorlarının tələblərinin qeydiyyatına başlandı
Ləğv prosesində olan "Günay Bank" ASC-nin kreditorlarının tələblərinin qeydiyyatına artıq başlanılıb.
Bu barədə Marja-ya Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Bildiyiniz kimi, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Günay Bank" ASC-nin ləğvedicisi olaraq ötən gün kütləvi informasiya vasitələrində kreditor tələblərinin qeydiyyata alınması ilə bağlı bildiriş yayımlamışdır.
Sözügedən bildirişə əsasən, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları 18 iyul 2023-cü il tarixədək Bankın Baş ofisinə müraciət edərək təqdim etməlidirlər:
-kreditorun adı və ünvanı;
-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan "Günay Bank" ASC – nin Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Əlaqə: (+994) 941 / marja.az

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Dünyanın ən zəngin idmançıları
Start-up nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv