Kapital Bank daha 2 vətəndaşın özünüməşğulluğuna dəstək oldu
®Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 2 vətəndaşa dəstək göstərib.
Tovuz rayonundan müraciət edən Həvva Muradovaya un məmulatlarının hazırlanması üçün avadanlıqlar, Bakı şəhəri Suraxanı rayonundan müraciət edən Səmərrux Babayevaya isə kiçik dərzi sexi açmaq üçün lazımi avadanlıqlar alınıb. Bununla da Kapital Bank tərəfindən memorandum çərçivəsində özünüməşğulluğuna dəstək göstərilən vətəndaşların sayı 133 nəfərə çatıb.
Xatırladaq ki, layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verir. Layihə çərçivəsində paytaxt Bakı, eləcə də regionlarda yaşayan və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar alınır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Birbank xidmətinə necə qoşulmaq olar?
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?