Kapital Bank-ın dəstəyi ilə keçirilən Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olundu

Kapital Bank-ın dəstəyi ilə keçirilən Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olundu®Artıq 7-ci ildir ki, ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadaları keçirilir. Ötən gün 2023-2024-cü tədris ili üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırma mərasimi baş tutub.  
Mərasimdə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya, eləcə də bütün qaliblərə diplom və mükafatlar təqdim edilib. 
Xatırladaq ki, bu tədris ili üzrə ümumilikdə 62 mindən çox şagird olimpiadada iştirak üçün qeydiyyatdan keçib. Yarışma 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar. 10 997 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsinə keçən 1000-ə yaxın şagirddən 491 nəfəri qalib olub. Onlardan 244 nəfəri bürünc, 163 nəfəri gümüş, 84 nəfəri isə qızıl medal qazanıb. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün —  .  / banker.az

Banklar     Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək

"İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasının məhdudlaşdırılması barədə rəsmi məlumat yayıb. Qeyd edilib ki, "İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərin

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari dollar mezenne en son xeberler