Mask tvitter vasitəsilə süni intellekt öyrədəcək
İlon Maskın xAI şirkəti süni intellekt (AI) modellərini öyrətmək üçün tvitter yazılarından istifadə edəcək.
Bu barədə İlon Mask tvitter səhifəsində canlı yayım zamanı bildirib.
"Düşünürəm ki, biz də təlim üçün hər kəsin etdiyi kimi, – əlbəttə, şəxsi heç nəyə toxunmadan, – ictimai tvitlərdən istifadə edəcəyik", – o deyib.
Mask digər şirkətlərin süni intellekt modellərini öyrətmək prosesində sosial şəbəkədəki paylaşımlardan "qeyri-qanuni istifadə etdiyini" vurğulasa da, söhbətin hansı şirkətlərdən getdiyini açıqlamayıb.
Maskın qeyd etdiyi kimi, xAI ən təhlükəsiz yanaşma olan "ən çox maraqlanan və həqiqəti axtaran" süni intellekt yaratmağa çalışacaq. "xAI-ın əsas amalı kainatı dərk etmək məqsədini həyata keçirəcək yaxşı süni intellekt yaratmaqdır", – deyə sahibkar bildirib.
Eyni zamanda o, süni intellekt sahəsinin tənzimlənməsinin tərəfdarı olduğunu vurğulayıb.
İlon Mask xAI-ın sahibi olduğu elektrikli avtomobil şirkəti "Tesla" ilə sıx əməkdaşlıq edəcəyini də söyləyərək, onların qarşılıqlı fayda gətirəcəyini deyib. O, süni intellekt sahəsindəki inkişafın "Tesla"nın avtopilot sisteminin təkmilləşdirilməsi üçün tətbiq olunacağını istisna etməyib. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes təlimlər və tədris üsulları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznes nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?