Naxçıvanda biznesə "yaşıl işıq" yandırıldı – BANK FİLİALLARI AÇILACAQ - PUL AYRILACAQ, SAHƏLƏR AÇIQLANDI

Naxçıvanda biznesə Azərbaycanın uzun müddətdir ki, iri biznesin üzünə bağlı olan ərazisi – Naxçıvna Muxtar Respublikasında biznesə "yaşıl işıq" yandırılıb.
FED.az xəbər verir ki, 30 ilə yaxın müddətdə burada hakimiyyətdə olan Muxtar Respublika rəhbərliyinin və bütün bu dövrdə burada mövcud olan sərt idarəetmə üsullarının dəyişdirilməsindən sonra, Muxtar Respublikaya ölkə biznesinin də yolu açılıb.
Qısa müddətdə burada ölkənin əsas bank və şirkətlərinin, ticarət şəbəkələrinin filiallarının açılmasına hazırlıq egdir.
Bu məsələlər, eləcə də ümumilikdə Naxçıvan iqtisadiyyatında inkişaf etdiriləcək sektorlar və bu sahədə olan çətinliklər bir neçə gün əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyətinin Naxçıvana səfərində geniş müzakirə edilib.
Hazırda ölkədə aparılan iqtisadi islahatların əsas ideoloqlarından olan Mikayıl Cabbarov Muxtar respublikaya dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, iş adamlarından ibarət nümayəndə heyəti ilə gəlib. Burada keçirilən "Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər" mövzusunda görüşdə Muxtar Respublika iqtisadiyyatının inkişafı yolları və burada biznesin rolu ilə bağlı müzakirələr aparılıb. Mövcud olan çətinliklər araşdırılıb.
Tədbirdə Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Naxçıvanın inkişafında yeni mərhələ başlayıb.
O bildirib ki, diqqətdə saxlanılan əsas məsələlər Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, iqtisadi resurslardan səmərəli istifadə, özəl bölmənin inkişafıdır.
Fuad Nəcəfli bildirib ki, qeyd olunan məsələlər, o cümlədən çətinliklərin həlli yollarını tapmaq üçün dövlət qurumları ilə yanaşı, özəl bölmənin nümayəndələri ilə də müzakilər aparılacaq.
Prezidentin nümayəndəsi xüsusi vurğulayıb ki, Naxçıvanda sahibkarlığın genişləndirilməsi ilə bağlı qətiyyətli addımlar atılacaq, nümaynədə etiraf edib ki, bu sahədə nöqsanlar var, amma onların aradan qaldırılması üçün tədbirlər həyata keçiriləcək.  
Görüşdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı və strateji layihələr hazırlanır. Bu layihələr çərçivəsində yeni iş yerləri yaradılacaq ki, bu da iqtisadi inkişaf zəncirinin tamamlanmasına xidmət edəcək.
Mikayıl Cabbarov Muxtar Respublikada inkişaf etdiriləcək əsas sahələri açıqlayıb. Bildirilib ki, Naxçıvanın zəngin resursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olunması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensialının artırılması və s. tədbirlər planlaşdırılır.
Nazir bildirib ki, qeyd edilənlərlə yanaşı, Zəngəzur dəhlizinin açılması da Naxçıvanı mühüm nəqliyyat qovşağına çevirəcək.
Nazir vurğulayıb ki, Naxçıvanda sosial-iqtisadi sahədə, xüsusilə də özəl sektordakı çətinliklərin həll edilməsi əsas hədəflərdəndir.
Qeyd edək ki, indiyədək Naxçıvanda bizneslə bağlı olan əsas problemlər inzibati məhdudiyyətlər və maliyyəyə çıxışla bağlı idi. Məsələn, Muxtar Respublikaya hətta Azərbaycanın digər ərazilərindən məhsulların idxalında çətinliklər vardı, və qanunsuz rüsumlar tutulurdu. Eləcə də ölkənin digər ərazilərində fəaliyyət göstərən iri biznesin, o cümlədən maliyyə qurumlarının burada fəaliyyətinə icazə çətinliklə verilirdi.
İndi isə bu maneələrin bir hissəsi aradan qalxıb.  Biznesin dəstəklənməsi üçün isə respublikada fəaliyyət göstərən maliyyə qurumlarının Naxçıvanda filiallarının açılması, güzəştli kredit, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, Naxçıvan sahibkarlarının güzəşt və imtiyazlardan istifadəsinə şərait yaradılması vacibdir – deyə qeyd edilib. Eləcə də yerli sahibkarların KOBİA, AZPROMO və digər qurumlarla əməkdaşlığının qurulmasına şərait yaradılacaq.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov islahatların tələb olunduğu sahələri açıqlayıb.
Bura Muxtar Respublika iqtisadiyyatının müxtəlif sahələrində rentabelliyin artırılması, sahibkarların fəaliyyətinin genişləndirilməsi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalının, nəqliyyat-tranzit imkanlarının artırılması aiddir.
Eləcə də baş nazir bildirib ki, qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə ticarət əlaqələrinin gücləndirilməsi qarşılıqlı faydalı layihələrin reallaşdırılması, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi və s. sahələrdə islahatlar aparılmalıdır.
Muxtar Respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib.
Görüşdə Naxçıvanda özəl sektorun qarşılaşdıqları məsələlər və qarşıda duran çağırışlarla bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.

Biznes     Tarix: 10 fevral 2023

Oxşar xəbərlər

Azərbaycanın əsas pambıq ixracatçılarından biri – NİZAMNAMƏ KAPİTALINI AZALDIR

"P-Aqro" MMC (VÖEN: 1404226851) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət  nizamnamə kapitalının 270 manata azaldığını elan edib. Qeyd edək ki, "P-Aqro" MM

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

"McDonald"s Azərbaycan" "Nizami Mall"da yeni restoran açıb - FOTOLAR

"McDonald"s Azərbaycan" "Nizami" metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən "Nizami Mall" ticarət mərkəzində yeni restoran açıb. xəbər verir ki, restoran "Nizam

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I


iqtisadi xeberler bitcoin bitkoin almaq rubl mezenne bitkoin