"NEQSOL Holding" Türkiyəyə - HUMANİTAR YARDIM GÖNDƏRİB
NEQSOL Holding-in qərarı ilə tərkibindəki şirkətlər Türkiyədə güclü zəlzələnin nəticələrinin aradan qaldırılması və Türkiyə xalqına dəstək məqsədilə ümumilikdə 14 milyon TL məbləğində humanitar yardım edib.
"Azerconnect" şirkətindən Türkiyəyə - 5 MİLYON TL DƏSTƏK
FED.az xəbər verir ki, holdinqin tərkibinə daxil olan Bakcell şirkəti zəlzələ baş vermiş ərazilərdə dayanıqlı rabitənin təmin edilməsi üçün Türkiyəyə 6 milyon TL-yə yaxın dəyərdə xüsusi telekommunikasiya avadanlıqları göndərib.
Holdinqin Azerconnect, Norm və Nobel Energy şirkətləri isə ümumilikdə 8 milyon TL məbləğində yardım göstərib. Vəsaitin böyük hissəsi Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) köçürülüb. Yardımın digər hissəsi isə insanların təcili ehtiyaclarının qarşılanması üçün birbaşa Türkiyənin fəlakət bölgəsinə yönəldilib.
Bunlara əlavə olaraq, Bakcell şirkəti Türkiyədə olan 7000-dən çox abunəçisinin ailələri və yaxınları ilə kəsintisiz əlaqəsini təmin etmək üçün onların nömrələrinin balansına pulsuz dəqiqələr və internet yükləyib.
Zəlzələ nəticələrinin aradan qaldırılması istiqamətində NEQSOL Holding hazırda Türkiyədəki tərəfdaşları ilə müvafiq işlər aparır və humanitar yardımını davam etdirməyi nəzərdə tutur.
NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Biznes təlimlər və tədris üsulları
ƏDV geri al və onun üstünlükləri
Necə Bitcoin almaq olar?
Layihə menecmenti nədir?
Biznes qurmaq üçün nə lazımdır?