Ombudsman qadın sahibkarlar üçün - VERGİ GÜZƏŞTLƏRİ İSTƏYİB

Ombudsman qadın sahibkarlar üçün - VERGİ GÜZƏŞTLƏRİ İSTƏYİBÖlkəmizdə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılması, qadınların iqtisadi və sosial nüfuzunun artması və bir çox hallarda qadın istismarının qarşısının alınması, gender bərabərsizliyinin aradan qaldırılması baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də qadınların bilik və bacarıqlarının, iqtisadi fəallıqlarının artırılması məqsədilə qadın sahibkarlara maliyyə və təşkilati dəstəyin göstərilməsini, özəl sosial xidmət, reabilitasiya mərkəzlərinin, habelə digər müvafiq fəaliyyət sahələrinin müəyyən dövr ərzində vergidən azad edilməsini təklif edirik.
Vüqar Bayramov: "Qadın sahibkarlığının inkişafı əsas prioritet olmalıdır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumunun açılış panelində çıxışı zamanı deyib.
S.Əliyeva bildirib ki, vergidən azadolma ilə bağlı artıq ölkəmizdə müsbət təcrübə vardır.
"Belə ki, məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirlər 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddır. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması ilə bağlı mövcud ehtiyaclarını və bu sahədə çalışmaq istəyən çoxsaylı qadınların olmasını nəzərə alaraq hesab edirik ki, hazırda tətbiq olunan vergidən azadolma üzrə müddətin gələcəkdə əlavə olaraq uzadılması zəruridir.
Sahibkarlıqla məşğul olan qadınların problemlərinin həlli və iqtisadi imkanlarının genişlənməsi ilə bağlı Ombudsmana edilən müraciətlər əsasında səlahiyyətli orqanlara müvafiq sorğular ünvanlayaraq, eyni zamanda bu sahədə maarifləndirmə işləri apararaq onların qarşılaşmış olduqları çətinliklərin aradan qaldırılmasına nail olmağa çalışırıq", - deyə S. Əliyeva qeyd edib. (Trend)

Biznes     Tarix: 08 fevral 2023

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti kripto