"OPEC+" ölkələri ötən ay neft hasilatını artırıb
Razılaşmada iştirak edən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri iyun ayında gündəlik neft hasilatını 70 min barel artıraraq 37.03 mln. barelə çatdırıblar.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilir.
Hesabata əsasən, alyansın kvotaları olan 19 üzv ölkəsi may ayında gündəlik 36.96 milyon barel hasil edib, iyun ayında isə bu göstərici 37.03 mln. təşkil edib. Beləliklə, hesabat dövründə gündəlik hasilat 70 min barel artıb. Eyni zamanda, kvota ilə real gündəlik hasilat arasında fərq 2.55 milyon barel təşkil edib.
Bundan başqa, bütün 23 "OPEC+" ölkəsində (kvotadan azad edilmiş razılaşma iştirakçıları da daxil olmaqla) neft hasilatı iyun ayında 30 min barel artaraq 43.62 mln. barel təşkil edib. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c