"Poz-Qazan" oyunlarında yanvarda - 7 BÖYÜK UDUŞ QAZANILDI
"Azərlotereya" ASC-nin təşkil etdiyi "Poz-Qazan" lotereyaları üzrə yanvar ayında ümumilikdə 7 böyük uduş qazanılıb.
Onlardan "Şans Ulduzu"nda 50 000 manat və 2 dəfə 10 000 manat, "Qızıl"da 2 dəfə 25 000 manat, "Ani 50" və "Göz Muncuğu" ani lotereyalarında isə 2 dəfə 10 000 manat qazanılıb.
Uduşların qazanıldığı bölgələrə gəlincə, "Şans Ulduzu"nda böyük uduş - 50 000 manat Abşeron, 10 000 manatlıq uduşlar isə Lənkəran və Şabran sakinlərinə qismət olub.
"Qızıl"da 25 000 manat böyük mükafat Sumqayıt və Bakıda qazanılıb. Gəncə sakini Gülşən Hüseynovanı Sumqayıtda, Rəşadət Hacıyevi isə Binə qəsəbəsində aldığı bilet sevindirib.
"Göz Muncuğu" lotereyasında 10 000 manatı Bakı, "Ani 50"də analoji mükafatı isə Bərdə sakini qazanıb.
Qeyd edək ki, "Azərlotereya"nın "Poz-Qazan" biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Biznes təlimlər və tədris üsulları
ƏDV geri al və onun üstünlükləri
Necə Bitcoin almaq olar?
Layihə menecmenti nədir?
Biznes qurmaq üçün nə lazımdır?