Qazaxıstanda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hadisəsi pislənilib - FOTO

Qazaxıstanda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hadisəsi pislənilib - FOTOYanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində baş vermiş terror aktı ilə əlaqədar Türkiyənin Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin və əməkdaşları, azərbaycanlı iş adamları, diaspora fəalları, qazax ictimaiyyətinin üzvləri və azərbaycanlı gənclər Azərbaycanın Aktaudakı Baş konsulluğa toplanıblar.
Azərbaycanlı İş Adamları Birliyi yaradılacaq - AKTAUDA TOPLANTI
Qonaqlar hadisə nəticəsində şəhid olmuş Orxan Əsgərovun ailəsinə və yaxınlarına baş sağlığı verib, terror hadisəsini qəti qınayaraq günahkarların cəzalandırılmasını tələb ediblər.
FED.az xəbər verir ki, tədbirdə konsulluğun nümayəndəsi çıxış edərək, terror hadisəsini qınayıb və bunun Türk dünyasına qarşı olduğunu vurğulayıb:
"Bizim yüksək rütbəli, diplomat statusuna malik olan zabit Orxan müəllim terror hücumuna məruz qalib, həlak olub. Mən şəxsən onu tanıyırdım. Çox yaxşı insan idi. Bu terror hadisəsi tək bizə deyil, bütün millətimizə, Türk dünyasına qarşıdır".
Məlumata görə, Türkiyənin Baş konsulu Sabri Alptekin terror hadisəsinin Türkiyə dövləti tərəfindən şiddətlə qınanıldığını bildirmiş, şəhid olmuş Orxan Əsgərova rəhmət, yaralananlara Allahdan şəfa diləmiş və Azərbaycan dövlətinin daim yanında olduqlarını bildiriblər:
"Bu hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Xarici İşlər Naziri Mövlüt Çavuşoğlunun və digər rəsmilər Prezident İlham Əliyevə, eləcə də xarici işlər naziri Ceyhun Bayrama zəng edərək, kədərimizə şərik olduqlarını bildirib və terroru dəstəkləyənlər tarixin heç bir dövründə çirkin məqsədlərinə çatmayacaqlarını qeyd edərək, qardaş Azərbaycanın yalnız olmadığını və bundan sonra da hər zaman yanlarında olacaqlarını vurğulayıb".
Türk diplomatı Türkiyə Respublikasının diplomatlarına qarşı törədilən terror hadisələri barədə məlumat verərək, Azərbaycan Respublikasının regionda və dünyada iqtisadi-hərbi qüdrəti ilə söz sahibinə çevrilməsinin kənar qüvvələr tərəfindən qəbul edilmədiyini qeyd edib. Bu səbəbdən də, bu cür xain terror hadisələrini törətməklə iç üzlərini göstərməyə çalışdıqlarını bildirib.
Tədbirdə Azərbaycanın Aktaudakı Baş Konsulu Elçin Məmmədov, Türkiyənin Aktau şəhərindəki Baş Konsulu Sabri Alptekin, "Turan Group Holding" şirkətinin rəhbəri Qaşqay Namazov, o cümlədən, Türkiyənin və Qazaxıstanın tanınmış ictimai xadimləri, orada təhsil alan tələbələr də iştirak ediblər.
Tədbirdə bildirilib ki, baş verən hadisə ilə əlaqədar olaraq Aktaudakı Baş konsulluğun mühafizəsi də gücləndirilib. "İnzibati binanın müvafiq radiuslar üzrə gücləndirilməsi məqsədilə, Mangistau vilayətinin akimliyinə və polis idarəsinə müraciət olunub. Nəticədə polis postlarında mühafizə əməkdaşlarının sayı artırılıb və təhlükəsizlik ciddi nəzarətə götürülüb"-deyə konsulluqdan bildirilib.

Biznes     Tarix: 30 yanvar 2023

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti kripto