Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBeynəlxalq birjalarda iqtisadi qeyri-müəyyənliyin davam etməsi fonunda dollar major valyutalar qarşısında ucuzlaşmağa davam edir, qızıl isə tarixi rekord həddini bir daha yeniləyib.
Ötən gün EUR/USD cütlüyü 1.15720 səviyyəsinə qədər bahalaşdıqdan sonra 1.14800 səviyyəsinə qədər ucuzlaşıb. Lakin, bugün səhər saatlarında məzənnə itirdiyi mövqeləri qismən bərpa edərək 1.15400 səviyyəsinə qədər yüksəlib. USD/JPY cütlüyü eniş tendensiyasını davam etdirir və artıq 140.070 həddinə qədər ucuzlaşıb. Bu, 2024-cü ilin sentyabr ayından bəri ən aşağı göstəricidir.
Qızılın dəyəri 3494$-a qədər bahalaşıb və tarixi rekor həddini yeniləyib. "Brent" markalı neftin bir bareli 65$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır. Hazırda "qara qızıl" 65.80$-a ticarət olunur. "Bitcoin" isə artım tendensiyasını davam etdirir. Kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası 7 aprel 2025-ci il tarixində 74350$ səviyyəsinə qədər ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və hazırda 88100$-a ticarət olunur. 
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauela təzyiqləri artırır, FED-dən faiz dərəcələrini dərhal endirməyi tələb edir. "Truth Social" platformasında prezident Paueli "böyük uğursuz" (major loser) adlandıraraq bildirib ki, əgər FED faizləri dərhal (NOW) endirməzsə, ABŞ-da iqtisadi aktivlik zəifləyə bilər. Ötən həftə Tramp Paueli "Cənab Çox Gec" adlandıraraq FED rəhbərinin hər zaman pul siyasətini yumuşaltmaqda gecikdiyini söyləmişdi. Pauell isə bundan az əvvəl bildirmişdi ki, Tramp tərəfindən tətbiq olunan idxal tarifləri ABŞ iqtisadiyyatının artım tempini zəiflədə və inflyasiyanı sürətləndirə bilər, lakin FED hələlik müdaxiləyə hazır deyil və monetar siyasət parametrlərində düzəliş etməzdən əvvəl daha aydın mənzərə gözləmək niyyətindədir.
Mart ayında Yeni Zelandiyanın Ticarət Saldosu aylıq ifadədə 970 milyon Yeni Zelandiya dolları həcmində artıb. Yaponiya Bankının təqdim etdiyi məlumatlara əsasən isə ölkədə İstehlak Qiymətlərinin Baza İndeksi illik ifadədə 2.2% təşkil edib. 
Bugün Bakı vaxtı ilə saat 18:00-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq əsas xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 22 aprel 2025

Oxşar xəbərlər

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı


iqtisadi xeberler 1000 manatla biznes biznes ideyalari valyuta kurslari kicik biznes