Sığorta şirkəti robotizasiya planlaşdırır, əməkdaşlarını rutin işlərdən uzaqlaşdıracaq

Sığorta şirkəti robotizasiya planlaşdırır, əməkdaşlarını rutin işlərdən uzaqlaşdıracaq"PAŞA Sığortanın gələcək üçün planladığı əsas təşəbbüslərdən biri proseslərin robotizasiyasıdır. Bu layihədə əsas hədəf gündəlik görülən rutin işlərin avtomatlaşdırılmasıdır. Bu təşəbbüs sayəsində hüquq, maliyyə, sığorta iddiaları və sığorta proseslərinə dəstək departamentlərinin əməkdaşları rutin işlərdən uzaqlaşaraq daha yüksək prioritetli işlərə zaman ayıra biləcək".
Marja.az xəbər verir ki, bunu "PAŞA Sığorta" şirkətinin İdarə Heyəti sədrinin müavini Tural Əliyev bildirib.
O qeyd edib ki, Şirkətin gələcək hədəflərimizdən biri də partnyorlar ilə rəqəmsal ekosistemlərin qurulmasıdır: "Artıq bu sahədə bir çox addımlar atmışıq. İstər klinika və apteklər ilə, istərsə də avto servislər ilə şirkətimizin elektron sistemlərini inteqrasiya yolu ilə proseslərimizi avtomatlaşdırmaqla bərabər ekosistem daxili məlumat axını vasitəsilə müştərilərimiz üşün əlavə dəyərlər yaratmağı planlayırıq". 
Tural Əliyev, "Müştərilərimiz artıq bizim bəzi məhsullarımızı bank mobil tətbiqləri vasitəsi ilə də əldə edə bilirlər" deyib və belə davam edib: "Gələcək hədəflərimiz bu kimi sığorta bazarından kənar mobil və digər rəqəmsal tətbiqlərə sığorta məhsullarını əlavə etməklə digər bazarların iştirakçıları ilə dijital partnyorluğumuzu artırmaqdır".
Tural Əliyev qeyd edib ki, rəqəmsallaşma həm biz, həm də bizim partnyorlarımız üçün geniş imkanlar yaradacaq, bir çox yeniliklərə qapı açacaq: 
"Həmçinin bir sıra məhsullarımız da var ki, sizin üçün rəqəmsal rahatlığı təmin edir. Məsələn, kartınızı dələduzluqla pul çıxarılmasından, yaxud da fişinqdən sığortalaya bilərsiniz. Həmçinin bank kartlarınızın fiziki olaraq hər hansı formada zədələnməsini PAŞA Sığorta ilə təminat almaq mümkündür".
"PAŞA Sığorta" şirkəti zərərin qiymətləndirilməsi mərhələsində süni intellekt vasitəsilə avtomatik şəkildə, yəni insan müdaxiləsi olmadan dəyərləndirmə prosesini yekunlaşdırmağı hədəfləyir: "Bu funksionallıq istifadəyə verildikdən sonra zərərin təyin edilməsi prosesi daha da sürətlənəcək, bu da öz növbəsində müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərəcəkdir. Başqa sözlə, hadisənin qeydiyyatından sığorta ödənişinin əldə olunmasına qədər olan prosesi sığortalı müştərimiz tam rəqəmsal şəkildə yekunlaşdıra biləcək".
Həmçinin oxu
Sığorta bazarında yeni dövr: Sığortanın rəqəmsal platformalarda inkişafı
Sığorta şirkəti robotizasiya planlaşdırır, əməkdaşlarını rutin işlərdən uzaqlaşdıracaq

Banklar     Tarix: 28 noyabr 2023

Oxşar xəbərlər

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild


iqtisadi xeberler pul qazanmaq kicik biznes internetden pul qazanmaq dollar kursu