Sığorta şirkəti təmir stansiyaları seçir
"Azsığorta" ASC sığorta hadisələri nəticəsində zərər görmüş avtomobillərin təmiri və bərpasına görə təmir stansiyalarının seçilməsinə dair tender elan edir.
Marja xəbər verir ki, tenderdə iştirak etmək istəyən müəssisələr bir sıra meyarlara cavab verməlidirlər.
Belə ki, təmir stansiyası Yasamal-Badamdar, Nəsimi-Binəqədi, Babək prospekti, Nərimanov-Gənclik metro stansiyası, Qaradağ-Lökbatan ərazilərdən birində yerləşməlidir.
Həmçinin avtomobilin təmiri ilə bağlı bütün xidmətlər bir məkanda yerləşməlidir. Təmir stansiyası yanğın-təhlükəsizlik qaydalarına riayət etməli və müşahidə-nəzarət kameraları ilə təchiz olunmalıdır.
Bunlardan başqa, təmir stansiyasında qəzalı avtomobillər üçün dayanacaq, qəzalı ehtiyat hissələrinin saxlanılması üçün anbar olmalıdır.
Tenderdə iştirak etmək istəyən müəssisələr 10.12.2023-cü il tarixinədək müraciət məktubunu Şirkətə ünvanlaya bilərlər. / marja.az

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Qala Həyat"ın ödənişləri 76% artıb
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Biznesə aid ən yaxşı 10 kitab
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt