Tekstil sektoru üzrə Hindistan-Azərbaycan biznes görüşü keçirilib - FOTO

Tekstil sektoru üzrə Hindistan-Azərbaycan biznes görüşü keçirilib - FOTOHindistanın Bakıdakı səfirliyi, Texprocil və Founder Klub ilə birlikdə yanvarın 19-da Azərbaycan və Hindistan tekstil şirkətlərinin nümayəndələrinin iştirakı ilə hibrid rejimdə tekstil sektoru üzrə Hindistan-Azərbaycan biznes görüşü təşkil edib. 20-yə yaxın Azərbaycan şirkəti tədbirdə fiziki rejimdə iştirak etmək üçün "JW Marriott Absheron Baku"da toplaşıb, hindistanlı həmkarları isə virtual rejimdə tədbirə qatılıblar.
FED.az xəbər verir ki, səfirlikdən bildirilib ki, 1954-cü ildə yaradılan Pambıq Məhsulları İxracının Təşviqi Şurası və ya "Texprocil" pambıq tekstil sənayesinin beynəlxalq siması olub, Hindistan şirkətlərinin bütün dünyaya pambıq məhsulları ixracını asanlaşdırır.
Hindistanın Bakıdakı müvəqqəti işlər vəkili Vinay Kumar ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu vurğuladı. O, Hindistan tekstil məhsullarının və geyimlərinin dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da həm yerli sahibkarlar, həm də digər qlobal françayzinqlər tərəfindən satışı vasitəsilə artıq yaxşı tanındığını xatırladıb və Hindistanın Azərbaycanda bu sektordakı bazar payının artırılması üçün böyük potensialın olduğunu vurğulayıb. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə Hindistan şirkətləri barədə daha ətraflı məlumatı www.indianbusinessportal.in portalından əldə etmək olar.
Tədbirdə əsas məruzə ilə çıxış edən "Texprocil" şirkətinin icraçı direktoru Siddhartha Rajaqopal bu işgüzar görüşün Hindistan şirkətləri üçün Azərbaycan bazarı haqqında daha çox məlumat əldə etmək və bu bazara çıxış üçün faydalı bir platforma olduğunu bildirib. O, həmçinin "Texprocil"in 2023-cü il martın 22 və 23-də Yeni Dehlidəki Leela Ambience Convention otelində "Ind-Texpo" sərgisini təşkil edəcəyi barədə məlumat verib. "Ind-Texpo" sərgisi "Texprocil"in ən önəmli tədbiri olub, idxalçılar və ixracatçılar arasında ikitərəfli görüş formatında təşkil olunacaq. Azərbaycanlı iş adamlarının Hindistanda keçiriləcək sərgidə iştirak etməsi və Hindistanlı təchizatçılarla iş görmək imkanı əldə etməsi üçün "Texprocil" seçilmiş iştirakçıların (məbləğ məhdudiyyəti əsasında) uçuş bileti və oteldə gecələmə xərclərini ödəyəcək. Sərgi zamanı, ziyarətçi şirkətlər üçün müvafiq sərgi iştirakçıları ilə xüsusi B2B görüşlər təşkil olunacaq.
Tədbir zamanı Founder Klubun Beynəlxalq Əlaqələr üzrə Meneceri Ləman Əzizli Azərbaycan tekstil idxalçılarının əməkdaşlığa marağından və iki ölkə arasında tekstil sektorunda əməkdaşlıq potensialından danışıb.
Görüşdə pambıq iplikləri, parçalar, uniformalar, ev tekstili və hazır geyim istehsalı ilə məşğul olan 10 Hindistan şirkətinin nümayəndələri öz şirkətləri, istehsal gücü və ixrac potensialı haqqında təqdimatlarla çıxış ediblər. Daha sonra, Azərbaycanın tekstil şirkətlərinin təqdimatları və sual-cavab hissəsində Hindistan və Azərbaycan şirkətləri arasında səmərəli işgüzar müzakirələr aparılıb.
Azərbaycanın statistikasına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 156,5 faiz artaraq 1,859 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olub.

Biznes     Tarix: 20 yanvar 2023

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq biznes krediti kripto