"Threads" istifadəçilərini itirir
"Meta" bu yaxınlarda çox gözlənilən "Twitter" rəqibi olan yeni sosial media platforması "Threads"i istifadəçilər üçün təqdim edib.
Platforma 24 saat ərzində 70 milyon istifadəçini ötməklə bütün dünyada böyük marağa səbəb olub. Daha sonra "Threads" 100 milyon istifadəçiyə çatmağı bacarıb.
Bugünkü xəbərlərə görə, platformanın şöhrəti qısa ömürlü olub. Paylaşılan yeni məlumatlar göstərdi ki, "Threads" istifadəçilərin sayında və əlaqədə sürətli bir azalma görüb. Bu azalma xüsusilə "Threads"in gündəlik aktiv istifadəçilərinin sayında baş verib.
Şirkət son günlər istifadəçi sayında 20% azalma yaşayır. Bundan əlavə, platforma istifadəçilərinin tətbiqdə keçirdikləri vaxtda da xeyli azalma müşahidə olunur. Məlumatlara görə, istifadəçilərin "Threads"də keçirdikləri vaxt 20 dəqiqədən 10 dəqiqəyə qədər azalıb.
Bütün bunlarla yanaşı "Threads" tətbiqinin ən çox yükləndiyi ölkələr də açıqlanıb. Məlumatlara görə, "Threads" yükləyənlərin 33% Hindistandandır. Braziliya 22% ilə ikinci yerdədir. Siyahının digər hissəsi 16% ABŞ və 8% Meksikadır. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes təlimlər və tədris üsulları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznes nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?