"TuranBank"ın 2022-də mənfəəti 3 dəfəyə yaxın artıb
"TuranBank" ASC ötən ili 1 milyon 924 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 668 min manat olub ki, bu da illik müqayisədə 2.9 dəfə artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
2022-ci ildə "TuranBank"ın gəlirləri 76 milyon 765 min manat (illik müqayisədə 1.6 dəfə çox), xərcləri 65 milyon 341 min manat təşkil edib. Bank 793 min manat mənfəət vergisi ödəyib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il yanvarın 1-nə "TuranBank"ın aktivləri 820 milyon 821 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 15% çoxdur. Bunun 548 milyon 495 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli 26% böyüyüb.
DEPOZİT PORTFELİ ARTIB
Hesabat dövründə "TuranBank"ın öhdəlikləri 16.5% artaraq 731 milyon 255 min manata, o cümlədən depozit portfeli 2.8% arataraq 429 milyon 274 min manata, balans kapitalı 3% artaraq 89 milyon 565 min manata çatıb.



Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes plan necə yazılır?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
SMM nə deməkdir?